"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Cəmiyyətin dəyişikliklərə hazırlanması prosesi gedir”

24 Mart 2023 - 12:47
in MANŞET, SİYASƏT
FacebookVatsap

Qüdrət Həsənquliyev: “İnşallah, ədalətli tərəf kimi sonda qalib gələcək, ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycan regionun böyük güclərindən birinə çevriləcək”

Bunu da oxuyun

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

İrəvan Bakı ilə yola çıxır: TRIPP Ermənistanı Rusiyadan uzaqlaşdıracaq?

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir:

– Qüdrət bəy, Paşinyan əldə olunmuş yazılı razılaşmalar əsasında sülh sazişi imzalanacağı barədə nikbin bəyanatla çıxış edib. Onun dediklərinə inanırsınızmı?

– Rusiya razı olmadıqca qərbyönümlü siyasətçi olduğunu hər addımbaşı nümayiş etdirməyə çalışan “sorosçu” Paşinyanın Azərbaycanla sülh sazişi imzalayacağı az inandırıcı görünür. Putinin isə həm Valday klubunda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan çıxışı, həm də 10 noyabr 2020-ci il üçtərəfli sazişin yerinə yetirilməsi üçün Ermənistana təzyiq etməməsi Rusiyanın iki qonşu ölkə arasında sülhün olmasını istəmədiyini nümayiş etdirir. Sülh üçün Azərbaycan Ermənistanla yox, Rusiya ilə intensiv danışıqlar aparmalı, paralel olaraq Ermənistana təzyiqləri ciddi şəkildə artırmalıdır. Açıq-aydın görünür ki, Qarabağdakı mövcud status-kvonun qorunub saxlanması, yəni işğalçı rejimin de-fakto müstəqil ölkə kimi yaşaması üçün Qərb ölkələri birbaşa və İran vasitəsilə Azərbaycana ciddi təzyiq göstərir, bizə dövlət sərhədlərimizi bərpa etməyə imkan vermir, bizi Ermənistanla uzunmüddətli mənasız danışıqlara sövq edib özləri üçün əlverişli zamana qədər vaxt qazanmaq istəyirlər.

– Belə çətin geosiyasi vəziyyətin olduğu bir zamanda Azərbaycanın Qarabağda suveren hüquqlarını bərpa edəcəyi mümkün görünürmü?

– İlham Əliyev qlobal miqyaslı siyasi fiqurdu. O, bu günə qədər Qərblə Rusiya arasında balanslaşdırılmış siyasət aparmağa nail olub. İndi Qərb ölkələri bizdən Rusiya ilə münasibətlərə yenidən baxmağı tələb edir. Onlar fikirləşirlər ki, Azərbaycanın Rusiya ilə münasibətlərinin gərginləşməsi həm Rusiyanı zəiflədər, həm də birinci Qarabağ savaşında olduğu kimi Rusiyanın Ermənistanı açıq müdafiə etməsinə səbəb olar. Amma İlham Əliyev dəfələrlə bəyan edib ki, ciddi dövlət adamı hər cür təzyiq qarşısında heç vaxt milli maraqlardan geri çəkilməməlidir. Biz beynəlxalq qanunlara əsaslanan hüquqlarımız uğrunda, işğala qarşı mübarizə aparırıq. Hamımız bilirik ki, xalqımızın Qarabağ problemindən də böyük dərdi var. Geosiyasi vəziyyət həqiqətən ağırdır, amma ciddi qərarların qəbulu, ağır problemlərin həlli bir qayda olaraq çətin və mürəkkəb dövrlərdə mümkün olur. Görünən odur ki, İlham Əliyev dünyanın və regionun böyük oyunçuları ilə təkcə Qarabağ məsələsəni yox, xalqımızın gələcəyi ilə bağlı daha ciddi məsələləri də müzakirə edir. İnşallah, ədalətli tərəf kimi sonda qalib gələcək, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan regionun böyük güclərindən birinə çevriləcək.

– Qüdrət bəy, sizə elə gəlmir ki, bəzən biz özümüz islahatları genişləndirməməklə Qərbə bizə təzyiq üçün bəhanələr, əsaslar veririk ?

– Bütün istiqamətlərdə islahatların dərinləşdirilməsi üçün iqtidara mütəmadi olaraq çağırışlar edirəm. İqtidar düşünür ki, xalqımızı onun indiki durumu qane edir. Xalqımız aşağıdan islahatların zəruriliyi barədə iqtidara ciddi siqnallar ötürə bilmir. Gələn siqnallar isə islahatların xeyrinə deyil, əksinə, iqtidarı qorxudur ki, böyük dəyişikliklər ölkədə sabitliyi pozar, xaosa yol açar, “qaş qoymaq istədiyimiz yerdə vurub gözü də çıxardarıq”, əldə etdiklərimizi də itirərik. Gəncə qiyamı, Elçibəyin devrilməsi, Heydər Əliyevin prezidentliyi zamanı hərbi çevriliş cəhdləri çox da uzaq keçmişdə baş verməyib. Mən iqtidarın islahatları yubatmasına haqq qazandırmıram, amma onların bu istiqamətdə fəaliyyətsizliklərinin motivlərini başa düşməyə çalışıram. Xalqımız inkişafın yeni mərhələsinə keçməyə, demokratik dəyişiklikləri müdafiə etməyə hazırlığını nümayiş etdirəndə, bölgədə geosiyasi vəziyyət islahatların ölkəmizi zərbə altında qoymayacağına əminlik yaratdıqda İlham Əliyev çevik siyasətçi kimi islahatların başında dayanacaq. Hamımızı qane etməsə də, hələlik cəmiyyətin dəyişikliklərə hazırlanması prosesi gedir.

– “Siyasi məhbus” məsələsi, insan hüquq və azadlıqlarının mövcud durumu barədə nə deyə bilərsiniz?

– Hər zaman hökumətə insan hüquq və azadlıqlarını qoruyan beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus hesab olunan, şəxsiyyət və dövlət əleyhinə ağır cinayətlər törətməmiş şəxslərin azadlığa buraxılması, müstəqil və güclü məhkəmə hakimiyyətinin formalaşdırılması üçün müraciət etmişəm – beynəlxalq təşkilatların onları maliyyələşdirənlərin sifarişlə işlədiyini, bəzən ədalətsiz olduqlarını bildiyim halda belə…

Çünki bizim istəyib-istəməməyimizdən asılı olmayaraq, ölkəmizdə insan hüquqları və qanunun aliliyi ilə əlaqədar vəziyyətin necəliyi barədə beynəlxalq ictimai fikri onlar formalaşdırır. Bizə isə Qarabağ məsələsinin ədalətli həlli üçün beynəlxalq dəstək, iqtisadiyyatımızın inkişafı üçün isə investisiya lazımdır. Ümid edirəm böyük dövlət adamı Heydər Əliyevin 100 illiyi ilə əlaqədar siyasi məhbus hesab olunanların hamısı əhv olunacaq və onlar da reallıq hissini itirməyəcək, davranışlarında etik çərçivəni aşmayacaq, başa düşəcəklər ki, onların müxalif fəaliyyəti onlar üçün toxunulmazlıq immuniteti yaratmır.

 

Previous Post

“Cəmiyyətin dəyişikliklərə hazırlanması prosesi gedir”

Next Post

Şimali Koreya nüvə başlıqlı PUA-nı sınaqdan keçirdi

Bənzər yazılar

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

07 Oktyabr 2026 - 11:44

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev...

İrəvan Bakı ilə yola çıxır: TRIPP Ermənistanı Rusiyadan uzaqlaşdıracaq?

İrəvan Bakı ilə yola çıxır: TRIPP Ermənistanı Rusiyadan uzaqlaşdıracaq?

07 Oktyabr 2026 - 11:18

Cənubi Qafqazda sülh prosesi artıq təkcə siyasi razılaşmalarla deyil, regionun nəqliyyat və iqtisadi xəritəsini dəyişdirəcək real layihələrlə müşayiət olunur. Ermənistan...

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

06 Oktyabr 2026 - 19:04

XX əsr bəşəriyyətə ideyaların dövlətlər üçün nə qədər böyük qurucu gücə malik olduğunu, eyni zamanda milyonlarla insanın həyatı üçün ölçüyəgəlməz...

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

06 Oktyabr 2026 - 18:58

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib. Elchi.az xəbər...

Next Post
Şimali Koreya nüvə başlıqlı PUA-nı sınaqdan keçirdi

Şimali Koreya nüvə başlıqlı PUA-nı sınaqdan keçirdi

Şimali Koreya nüvə başlıqlı PUA-nı sınaqdan keçirdi

Şimali Koreya nüvə başlıqlı PUA-nı sınaqdan keçirdi

Son xəbərlər

Aİ Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəlib

Aİ Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəlib

07 Oktyabr 2026 - 14:00
Müəllimlər yalnız bu paltarları geyinə bilərlər: kişilər və qadınlar – SİYAHI

Müəllimlər yalnız bu paltarları geyinə bilərlər: kişilər və qadınlar – SİYAHI

07 Oktyabr 2026 - 13:51
Ronaldo milli ilə bağlı qərarını verdi

Ronaldo milli ilə bağlı qərarını verdi

07 Oktyabr 2026 - 13:42
FHN-dən əhaliyə müraciət – Video

FHN-dən əhaliyə müraciət – Video

07 Oktyabr 2026 - 13:30
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

07 Oktyabr 2026 - 13:16
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

07 Oktyabr 2026 - 13:08
“Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll etməyə çalışıram” – Tramp

“Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll etməyə çalışıram” – Tramp

07 Oktyabr 2026 - 13:00
Azərbaycanda bu həftədən ov mövsümü başlayır

Azərbaycanda bu həftədən ov mövsümü başlayır

07 Oktyabr 2026 - 12:51
Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb

Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb

07 Oktyabr 2026 - 12:42
Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Bu yollarda hərəkət məhdudlaşdırılacaq

07 Oktyabr 2026 - 12:30
İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

07 Oktyabr 2026 - 11:44
İrəvan Bakı ilə yola çıxır: TRIPP Ermənistanı Rusiyadan uzaqlaşdıracaq?

İrəvan Bakı ilə yola çıxır: TRIPP Ermənistanı Rusiyadan uzaqlaşdıracaq?

07 Oktyabr 2026 - 11:18
Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.