Cənubi Koreya COVID-19 tələblərini aradan qaldıracaq

87

Cənubi Koreya, ölkəyə gələnlər üçün COVID-19 karantini və test tələbinin iyun ayında qaldırılacağını açıqlayıb.
Elchi.az xəbər verir ki, Seul administrasiyası qərarını Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “ictimai sağlamlıqla bağlı fövqəladə vəziyyət”in başa çatdığını elan etməsindən sonra qəbul edib.
Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyi (KDCA) iyun ayından etibarən COVID-19 statusunun kritikdən “xəbərdarlığa” endiriləcəyini açıqladı.
Bu çərçivədə COVID-19 ilə ölkəyə daxil olan şəxslərə tətbiq olunan 7 günlük karantin və ölkəyə girişdən 3 gün əvvəl test etmək məcburiyyəti aradan qaldırılarkən, kiçik xəstəxanalarda və səhiyyə müəssisələrində maska taxmağa ehtiyac olmayacaq.
Səhiyyə rəsmiləri COVID-19 üçün müsbət test edən insanlara 5 gün ərzində özünü təcrid etməyi tövsiyə edib.
Prezident Yoon Suk Yeol tibb işçilərinə təşəkkür edərək, “təxminən 3,5 ildən sonra insanların normal həyata qayıtmasından xoşbəxt olduğunu” ifadə etdi.
Yoon qeyd edib ki, hökumət yaxın illərdə müşahidə oluna biləcək epidemiyalarla mübarizə imkanlarını artırmaq üçün addımlar atacaq.
KDCA rəsmisi Youngmee Jee, virusa qarşı tədbirlərin çox erkən yumşaldıldığına dair tənqidləri rədd etdi və yüksək peyvənd nisbəti sayəsində epidemiyanın yavaşladığına diqqət çəkib.
Youngmee qeyd edib ki, COVID-19-dan ölüm halları davamlı olaraq azalır və qripdən səbəb ölümlərə yaxınlaşır.

Şayəstə Hüseynova