"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

“Bələdiyyələr var ki, işçilərə maaş da verə bilmirlər” – Parlamentdə müzakirə

12 Fevral 2016 - 14:37
in Kateqoriyasız
FacebookVatsap

 

Bunu da oxuyun

Konqoda Ebola epidemiyası rekord həddə çatdı

İlin ikinci Ay tutulması olacaq, Azərbaycanda 32 dəqiqə müşahidə ediləcək

Ukraynadan Rusiyaya raket hücumu: Ağır itkilər qeydə alınıb

“Bələdiyyələrin fəaliyyətinin düzgün olması üçün onların müvafiq büdcəsi olmalıdır. Bələdiyyələr var ki, işçilərə maaş da verə bilmirlər”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Parlamentdə müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)” məruzə haqqında danışarkən deyib.

Komitə sədri bildirib ki, bələdiyyələrin bir çoxlarının Dövlət Sosial Müdafiə Fonduna 20-40 min manat arası borcu var: “Onların büdcələrinə pul daxil olan kimi dərhal fondun hesabına köçürürlər. Nəzərə alsaq ki, Respublikada bələdiyyələrin 14 faizinin əhalisi 1000 nəfərə qədərdir, o zaman onların vəziyyəti daha acınacaqlıdır. Belə bələdiyyələr tənqid edilsə də, cəzalandırılsa da vəziyyət düzəlməyəcək. Ona görə də həmin bələdiyyələrə mütləq dövlət köməyi edilməlidir. Qanunvericilik də buna imkan verir. Bunları nəzərə alaraq dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsait artırılmalıdır”.

A.Rəhimzadə qeyd edib ki, bələdiyyələr müəyyən layihələri icra etmək üçün dövlətdən vəsait almaq hüququna malikdir.

“Nə keçən il, nə də bu il müvafiq məqsədlə vəsait yarılmayıb. Dövlət büdcəsində bununla bağlı müvafiq sətir də açılmayıb. Büdəcədə gərginliyi anlayırıq”.

Spiker Oqtay Əsədov isə çıxışında bələdiyyələrlə bağlı xoşagəlməz fikirlərin formalaşdığını deyib. Parlament ədri qeyd edib ki, bələdiyyələrin yalnız torpaq satması ilə bağlı səsləndirilən fikirlər bir kənara qoyulmalıdır:

“Bələdiyyələrə dəstək verilməli, onlara şərait yaradılmalıdır. Bunun qarşılığında isə onlardan da hərəkət olmalıdır. Lakin bələdiyyələr bunun müqabilində heç nə etmirlər. Necə ola bilər ki, bələdiyyələrin bəziləri yaxşı işləyir, bəziləri pis. Demək ki, bu iş başdan yaxşı qurulmayıb. Bələdiyyələrin hesabatını formal bir hesabata çevirməyək. Bizim onlara dəstək verməyimiz üçün onların özündə də təşəbbüs gəlməlidir”.

“Bir neçə ildir ki, bələdiyyələr tənqid və qınaq predmetinə çevrilib. Guya onlar torpaqsatan və vətəndaşların inamı itirən qurumlardır. Bəlkə də əvvəllər bununla razılaşmaq olardı, lakin indiki zəmanədə bununla qəti razı deyiləm”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov parlamentdə bələdiyyələrlə bağlı müzakirələr zamanı bildirib.

“Digər yerli vergi və ödənişlər üzrə daxilolmalar artıb. Bu da o deməkdir ki, bələdiyyələr özünün əsas vəzifəsini dərk etməyə başlayıb. Artıq bütün var-güclərini və resurslarını vergi ödənişlərinin yığılmasına səfərbər ediblər. Eyni zamanda, 2015-ci ildə fiziki şəxslərin əmlak vergisindən 2014-cü illə müqayisədə 19,8 faiz artım olub. Nəzərə alaq ki, keçən ildən bütün ödəmələr bələdiyyələrə nağdsız şəkildə həyata keçirilir. Bələdiyyələrin konstitasion qurum olmasını heç kim unutmamalıdır”.

K.Bayramov qeyd edib ki, bələdiyyələrin ləğv edilməsi ilə bağlı səsləndirilən fikirləri qəti qəbul etmir: “İndiki halda onlar vergini yığa bilmirsə, yeni səaliyyətlər verilsə də bunu yenə də yarımçıq edə biləcəklər. Əsas məsələ odur ki, onlar indiki mövcud yerli vergi və ödənişləri tam şəkildə yığa bilsinlər ki, dövlət onlara etibar edib yeni səlahiyyətlər verə bilsin. Bələdiyyə vergiləri mütləq şəkildə yığılmalıdır. Bunun üçün də vətəndaşlar vergini tam vaxtında ödəməlidir”.

Previous Post

“Bələdiyyələr var ki, işçilərə maaş da verə bilmirlər” – Parlamentdə müzakirə

Next Post

Erməni çobanı kim öldürüb – Müdafiə Nazirliyi

Bənzər yazılar

Konqoda Ebola epidemiyası rekord həddə çatdı

Konqoda Ebola epidemiyası rekord həddə çatdı

17 Avqust 2026 - 11:14

Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyasından ölənlərin sayı ən azı 2325-ə çatıb. Hökumət məlumatlarına görə, bu rəqəm 2018-2020-ci...

İlin ikinci Ay tutulması olacaq, Azərbaycanda 32 dəqiqə müşahidə ediləcək

İlin ikinci Ay tutulması olacaq, Azərbaycanda 32 dəqiqə müşahidə ediləcək

17 Avqust 2026 - 11:06

Avqustun 28-də 2026-cı ilin ikinci Ay tutulması baş verəcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Elchi.az-a verilən məlumata...

Ukraynadan Rusiyaya raket hücumu: Ağır itkilər qeydə alınıb

Ukraynadan Rusiyaya raket hücumu: Ağır itkilər qeydə alınıb

17 Avqust 2026 - 10:53

İlkin məlumatlara görə, Ukraynanın Rusiyanın Belqorod bölgəsinə həyata keçirdiyi raket hücumunda 6 nəfər həyatını itirib. Elchi.az xəbər verir ki, Rusiyanın Belqorod bölgəsinin...

Tramp İran müharibəsi ilə bağlı Şimali Koreyaya jest etdi

Tramp İran müharibəsi ilə bağlı Şimali Koreyaya jest etdi

17 Avqust 2026 - 10:42

Tramp Cənubi Koreyanın İranla müharibədə iştirak etməkdən imtina etməsindən sonra birgə hərbi təlimlərin miqyasını azaldacağını deyir Elchi.az xəbər verir ki, ABŞ prezidenti...

Next Post

Erməni çobanı kim öldürüb - Müdafiə Nazirliyi

Erməni çobanı kim öldürüb - Müdafiə Nazirliyi

Son xəbərlər

Konqoda Ebola epidemiyası rekord həddə çatdı

Konqoda Ebola epidemiyası rekord həddə çatdı

17 Avqust 2026 - 11:14
İlin ikinci Ay tutulması olacaq, Azərbaycanda 32 dəqiqə müşahidə ediləcək

İlin ikinci Ay tutulması olacaq, Azərbaycanda 32 dəqiqə müşahidə ediləcək

17 Avqust 2026 - 11:06
Ukraynadan Rusiyaya raket hücumu: Ağır itkilər qeydə alınıb

Ukraynadan Rusiyaya raket hücumu: Ağır itkilər qeydə alınıb

17 Avqust 2026 - 10:53
Tramp İran müharibəsi ilə bağlı Şimali Koreyaya jest etdi

Tramp İran müharibəsi ilə bağlı Şimali Koreyaya jest etdi

17 Avqust 2026 - 10:42
Meşə yanğınları üç ölkənin ümumi sahəsini əhatə edir

Meşə yanğınları üç ölkənin ümumi sahəsini əhatə edir

17 Avqust 2026 - 10:34
ADY sərnişin daşınmasını 18% artırdı

Gələn aydan Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişəcək

17 Avqust 2026 - 10:26
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlanıb

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlanıb

17 Avqust 2026 - 10:17
İyulda əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

İyulda əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

17 Avqust 2026 - 10:09
FHN-dən əhaliyə müraciət – VİDEO

FHN: Ötən həftə 685 yanğına çıxış, 1 partlayış olub – VİDEO

17 Avqust 2026 - 09:58
“Əl-Hilal” “Çelsi”nin ulduzu ilə bağlı danışıqlar aparacaq

“Əl-Hilal” “Çelsi”nin ulduzu ilə bağlı danışıqlar aparacaq

17 Avqust 2026 - 09:46
Narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

17 Avqust 2026 - 09:37
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

17 Avqust 2026 - 09:25
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşır

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

17 Avqust 2026 - 09:12
Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

16 Avqust 2026 - 12:49
İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

15 Avqust 2026 - 18:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.