Ukrayna prezidenti Zelenski rusiyalı iş adamlarının müsadirə etdiyi pulları “almaq üçün” zəng edib.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfəri ərəfəsində rusiyalı iş adamlarından müsadirə olunmuş pulları almaq üçün Ağ Evə “gizli zəng” edib. Bu versiyanı Business Insider-in jurnalistləri irəli sürüb.
Zelenski Senatın Respublikaçı lideri Mitch McConnell-i inandırmağa çalışdı ki, müsadirə edilmiş Rusiya aktivlərindən, o cümlədən yaxtalar və malikanələr Ukraynaya ölkənin yenidən qurulmasına kömək etmək üçün istifadə edilməlidir.
Qeyd olunur ki, nəticədə transfer təşəbbüsü 2022-ci il dekabrın 22-də ikitərəfli 1,7 trilyon dollarlıq büdcə qanun layihəsinə dəyişiklik şəklində qəbul edilib.
Xatırladaq ki, ABŞ Konqresinin Senatı sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ili üçün ölkənin büdcə layihəsini təsdiqləyib. Səlahiyyətlilər onun həcmini 1,7 trilyon dollar müəyyənləşdiriblər ki, bunun da 44,9 milyard dollarının Ukraynaya yardım üçün ayrılacağı gözlənilir.
Bundan başqa, büdcə layihəsinə düzəliş də daxil edilib ki, ona görə sanksiyalar nəticəsində dondurulan rusiyalı iş adamlarının aktivlərinə onların Ukraynaya verilməsi üçün həbs qoyulacaq.
Şayəstə