Bursada idmançıları daşıyan xidmət maşını qəzaya uğrayıb, 16 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, “Aksaray Gençlik ve Spor İl Müdürlüğü” idmançılarını Balıkesirdə təşkil edilən Spor Toto Gənclər Cüdo Müsabiqəsi üçün daşıyan servis Bursanın İnegöl rayonunda qazıntı maşınına çırpılıb.
Qəza nəticəsində sürücü, 13 idmançı və 2 məşqçi xəsarət alıb.
Nuranə Məmmədova