Bayden dövründə millətimiz eqoist, radikal və korrupsioner siyasi quruluş tərəfindən məhv edilir.
Elchi.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın keçmiş lideri Donald Tramp çıxış edib.
Trampın sözlərinə görə, ölkənin indiki rəhbərliyinin bunu niyə etdiyini heç kim bilmir. Onun fikrincə, Demokratlar Partiyasının rəhbərliyi radikal solçudur:
“Düşünürəm ki, bir çox hallarda onlar marksistlər və kommunistlərdir”.
Tramp vurğulayıb ki, ABŞ-a ilk gündən “gecikmədən işə başlamağa” hazır olan prezident lazımdır: “Və bu, mənəm”.
Qeyd edək ki, ötən gün D.Tramp 2024-cü ildə keçiriləcək seçkilərdə prezidentliyə namizədliyini irəli sürmək niyyətini elan edib.
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
Yeni Kaledoniyada etirazlar başlayandan bəri 163 nəfər saxlanılıb. Elchi.az xəbər verir ki, bu barədə prokuror İv Düpua “Outre-mer La Premiere”...