"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Büdcəyə dəyişiklikdə qeyri-neft gəlirləri niyə azalır? – TƏHLİL

20 İyun 2018 - 13:42
in İQTİSADİYYAT

AR studio

FacebookVatsap
Hər il dövlət büdcəsinə edilən dəyişikliklər qeyri-neft sektorunu inkişaf etdirməyə yönəlik islahatlara dəstək xarakteri daşımalıdır. Çünki, xarici risk amillərinin mövcudluğu bizdən asılı olmasa da, daxili məsələlərin həlli özümüzdən asılıdır. Büdcəyə ilin ortasında dəyişiklik də, bu mənada zəruri xarakter daşıyır.
Lakin, dəyişiklikdə diqqəti çəkən məqamlardan biri məhz ondan ibarətdir ki, qeyri-neft sektoru üzrə mədaxil azalacaq. Yəni, qeyd etdiyim məqsədə xidmət nöqteyi-nəzərilə bir növ uzlaşmayacaq. Yenidən baxılma ilə dövlət büdcəsində qeyri-neft gəlirləri üzrə təsdiq olunmuş proqnoz 1 milyard 27 milyon manat az yerinə yetiriləcək. Neftin satış qiymətinin artımı hesabına isə neft gəlirləri üzrə daxilolmalar 500 milyon manat artacaq. Nəticədə, Vergilər Nazirliyinin xəttilə təsdiq olunan proqnoz 527 milyon manat “kəsirlə” həyata keçiriləcək.

Məsələ bundadır ki, dövlət büdcəsinə yenidən baxılması nəticəsində gəlirlərin təmini məsələsində əsas strukturlar arasında pay bölgüsü dəyişdirilir. Buna da şərait yaradan neftin dünya bazar qiyməti amili məsələsidir. Xatırladım ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 127 milyon manat, xərcləri isə 20 905,7 milyon manat nəzərdə tutulmuşdu. Büdcədə neftin qiyməti 45 ABŞ dolları səviyyəsində götürülməsi imkan verdi ki, dünya bazarlarında qiymətlərin yüksək olması üzündən 2 dəfə artıq gəlir əldə etmək mümkün olsun. Və bu da, gəlirlərin mövcud strukturuna nəzər yetirmək imkanı verir.

Bunu da oxuyun

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

Bu, çox əlverişli situasiyadır. Odur ki, cari ilin dövlət büdcəsinə yenidən baxılma nəticəsində gəlirlərin təmini məsələsində əsas strukturlar arasında pay bölgüsünün dəyişdirilməsinin də mədaxil üzrə proqnoz göstəricilərin yerinə yetirilməsi işində keyfiyyəti yaxşılaşdırmaq məqsədi daşıdığını başa düşmək çətin deyil.

Məlum olduğu kimi, 2018-ci ildə Vergilər Nazirliyi üzrə proqnoz göstəricisi məbləği ÜDM-in 11,4%-i həcmində olmaqla, 7 milyard 907 milyon manat nəzərdə tuturdu ki, bu da ötən ilin proqnozundan 3,4%, 2016-cı ilin faktı ilə müqayisədə isə 12,7% çox demək idi. Gömrük Komitəsi xətti üzrə isə büdcəyə daxilolmaların həcm proqnozu ÜDM-in 3,5%-i həddinində olmaqla 2,4 milyard manat nəzərdə tutulub. Büdcəyə dəyişiklikdən sonra bu rəqəmlər birincinin payının azalması, ikincinin isə artması ilə müşahidə ediləcək. Buna səbəb olaraq isə, mövcud vergi qanunvericiliyi və inzibatçılığında həyata keçirilməsi nəzərdə tutulan islahatların vergi ödəyicilərinə ehtimal edilən mənfi təsirini azaltmaq və əlavə dəyər vergisinin inzibatçılığı çərçivəsində gömrük orqanları ilə vergi orqanları arasında əlavə dəyər vergisinin ödənişlərində yaranmış disproporsiyanı mərhələlərlə aradan qaldırmaq zərurətinin olduğu göstərilir. Nəticədə də qeyri-neft gəlirləri üzrə təsdiq olunmuş proqnoz göstərici də 1 milyard 27 milyon manat məbləğində azalacaq.

Xatırladım ki, qeyri-neft sektor üzrə büdcə gəlirlərinin 66,7%-ni və ya 6027,0 milyon manatını vergi orqanlarının, 26,9%-ni və ya 2430,0 milyon manatını isə gömrük orqanının xətti ilə daxilolmalar təşkil etməli idi. Lakin dəyişiklikdən sonra bilavasitə Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 5 milyard manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 189,5 milyon manat və yaxud 3,7%, 2018-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1 milyard 27 milyon manat və yaxud 17,0% az demək olacaq.

Ancaq Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə təmin edilən daxilolmaların dəqiqləşdirilmiş proqnozu isə 3 milyard 155 milyon manat təşkil edəcək ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 725 milyon manat və ya 29,8%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 546,2 milyon manat və ya 20,9% çox olacaq.

Bir məsələ də var ki, 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin tərkibində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar da 7 milyard 380 milyon manat təşkil edəcəksə də, bu, yenə də 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 406,5 milyon manat və yaxud 5,8% çox demək olacaq.

Göründüyü kimi, söhbət yalnız strukturlar üzrə gəlir məbləğlərinin dəyişdirilməsindən gedir. Və bu da son nəticədə təkrar edirəm ki, büdcə mədaxilində keyfiyyəti yüksəltməq məqsədi daşıyır.

Yeri gəlmişkən, Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2018-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə 8245,2 milyon manat vəsait daxil olub ki, büdcədən 7594,4 milyon manat vəsait xərclənərək, icrada 650,8 milyon manatlıq profisit yaranıb.

Büdcəyə dəyişikliyin isə ölkə əhalisinin sosial müdafiəsini daha da gücləndirmək, dövlətin müdafiə və təhlükəsizliyinin artırmaq, turizmin inkişafı, bir sıra sosial və infrastruktur layihələrin, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədər olaraq, əlavə vəsait təminatı yaratmaq məqsədi daşıdığı bildirilir.

Previous Post

Büdcəyə dəyişiklikdə qeyri-neft gəlirləri niyə azalır? – TƏHLİL

Next Post

“Yeni raketləri paradda görəcəksiniz” – Zakir Həsənov

Bənzər yazılar

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 24 və 25 oktyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar...

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

20 Oktyabr 2026 - 17:59

“Brent” markalı xam neftin qiyməti son 5 ayın ən yüksək səviyyəsinə çatıb. Elchi.az xəbər verir ki, “Brent”in qiyməti may ayından...

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

20 Oktyabr 2026 - 16:57

“AzerGold” QSC ilə Asiya İnkişaf Bankı (AİB) arasında dağ-mədən sənayesi və kritik mineralların hasilatı və emalı sahələrində əməkdaşlıq imkanları müzakirə...

“Şərqi Azəri” platformasından hasil olunan neftin həcmi açıqlanıb

“Şərqi Azəri” platformasından hasil olunan neftin həcmi açıqlanıb

20 Oktyabr 2026 - 15:44

“Şərqi Azəri” platformasından indiyədək 645 milyon bareldən (87 milyon ton) çox neft hasil edilib. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post

“Yeni raketləri paradda görəcəksiniz” - Zakir Həsənov

“Yeni raketləri paradda görəcəksiniz” - Zakir Həsənov

Son xəbərlər

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38
Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 21:49
Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 21:47
Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

20 Oktyabr 2026 - 21:39
Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

20 Oktyabr 2026 - 20:06
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

20 Oktyabr 2026 - 20:00
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2026 - 19:59
“Qarabağ” və “Neftçi” cərimə edildi

“Qarabağ” və “Neftçi” cərimə edildi

20 Oktyabr 2026 - 19:26
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

20 Oktyabr 2026 - 18:46
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34
Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.