Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Elchi.az-a Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
– Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində;
– Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
– Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
– Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
– 20 Yanvar dairəsində;
– Həsən bəy Zərdabi küçəsi – Qələbə dairəsi istiqamətində;
– Tiflis prospekti – Mərkəz istiqamətində;
– Koroğlu Rəhimov küçəsi – Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
– Heydər Əliyev prospekti əsas yol – Mərkəz istiqamətində;
– “28 May” küçəsi – Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
– Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində;
– Babək prospekti – Mərkəz istiqamətində;
– Yusif Səfərov küçəsi – Mərkəz istiqamətində;
– Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi istiqamətində;
– Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
– 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində.