Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva AŞPA-da alt komitə sədrinin müavini seçilib.
S.Fətəliyeva mətbuata bildirib ki, o, AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədr müavini seçilib.
YAP İdarə Heyətinin Bakıda bu gün keçirilən iclasında isə Sevinc Fətəliyeva partiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri təsdiq edilib.
Yeri gəlmişkən, bu gün YAP Siyasi Şurasının üzvü, MM-in deputatı Aydın Mirzəzadəyə də vəzifə verilib. O, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri təsdiq edilib.
Virtualaz.org