"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Bu torpaqların sahibləri geri qayıdıb və talana son qoyulmalıdır”

14 Dekabr 2022 - 20:57
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir:

Bunu da oxuyun

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

– Qüdrət bəy, azərbaycanlı təbiətsevərlərin Şuşa-Xankəndi yolunda təşkil etdiyi etiraz aksiyasına münasibətinizi bilmək istərdik.

– Belə soyuq havada aksiyada iştirak edənlər əsl vətənpərvərlər və bizim qəhrəmanlarımızdır. İşğal illərində ermənilər tərəfindən Azərbaycan təbiətinə ciddi ziyan vurulub, təbii sərvətlərimiz vəhşicəsinə talan olunub. Artıq buna dözmək olmaz. Aksiya iştirakçıları başa salırlar ki, bu torpaqların sahibləri geri qayıdıb və talana, ətraf mühitin çirkləndirilməsinə son qoyulmalıdır.

– Onlara münasibətdə sülhməramlılar, yaxud erməni təxribatçıları tərəfindən hər hansı təxribat ola bilərmi?

– Bu az ehtimal olunur. Azərbaycan Ordusu ordadır və bunu edənlər ağır cavab ala bilər. Aksiyaçıların tələbləri yerinə yetirilməli, Ermənistan Azərbaycanla sülh sazişi imzalamalı və istəyirsə ki, Qarabağdakı ermənilər orda qalıb yaşasın, onların Azərbaycanın yurisdiksiyasına qayıtmasına kömək etməlidir.

– Qüdrət bəy, 2023-cü ilin dövlət büdcəsi qəbul olundu. 2023-cü ildən gözləntiləriniz nədir?

– 2023-cü il böyük dövlət adamı, mərhum prezident Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyidir. Çox istərdim ki, 2023-cü il tariximizdə həm də Qarabağ üzərində dövlət suverenliyimizin bərpa olunması ili kimi qalsın. Bu, hər iki yubileyə ən böyük töhfə olar, Heydər Əliyev və Mustafa Kamalın, torpaqlarımızın azadlığı uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin ruhunu şad edərdi.

İstərdim ki,2023-cü il həm də böyük islahatların həyata keçirildiyi dövlət quruculuğu ili kimə də yaddaşlarda, tariximizdə qalsın. Azərbaycanda hazırda qarışıq iqtisadiyyatın (mixed economy) elementləri mövcuddur. Əslində isə iqtisadiyyatımıza dövlət rəsmilərinin idarə etdiyi iqtisadiyyat (command economy) xarakterikdir. Azad bazar iqtisadiyyatına keçidi təmin etmədikcə ciddi iqtisadi uğurlardan və buna bağlı olan yüksək sosial rifahdan danışmaq mümkün olmayacaq. 2023-cü ildə Azərbaycanda istehsal olunan ümumi daxili məhsulun həcmi adambaşına 5000 ABŞ dollarına çatmayacaq,amma müqayisə üçün deyim ki, bu, məsələn, Kanadada 57 000 ABŞ dollarından artıq olacaq. 2023-cü il üçün proqnozlaşdırılan illik 5%-lik iqtisadi artımla görün bizə neçə on illər lazımdır ki,iqtisadiyyatımızın həcmini heç olmasa iki dəfə artıra bilək.

– Sizcə nədən başlamaq lazımdır?

– Bunun üçün ilk növbədə siyasi iradə lazımdır. Ardınca texnokratlardan ibarət təşkil olunmuş Nazirlər Kabinetindən imtina olunmalıdır. Texnokratlardan (yəni rəhbərlik etdiyi öz sahə üzrə müəyyən biliklərə malik olan şəxslər) ibarət hökumətlər heç vaxt və heç bir ölkədə ciddi uğurlara nail olmayıb. Məşhur psixoanalitik Ziqmund Freyd yazırdı ki, insanlar ona görə azad olmaq istəmir ki, azadlıq məsuliyyət, məsuliyyət isə qorxu hissi yaradır. Siyasətçilərdən fərqli olaraq texnokratlar risk etməkdən və məsuliyyəti öz üzərlərinə götürməkdən çəkinirlər. Onlarda təşəbbüskarlıq çatışmır. Siyasətçilər isə risk etməyi, məsuliyyəti öz üzərlərinə götürməyi bacaran, uduzmağa da hazır olan insanlardı. Ona görə siyasi proseslərə qoşulmamış, belə xarakterə malik olmayan insanların yüksək siyasi vəzifələrə təyin olunması özünü doğrultmur. Onlar yaxşı icraçı ola bilərlər.

Azərbaycanda iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmadıqca, yəni dövlət mülkiyyətində olan xidmət sahələri, istehsal və emal müəssiələri özəlləşdirilmədikcə və investisiya cəlbi üçün qanunun aliliyini yüksək səviyyədə təmin edəcək güclü məhkəmə hakimiyyəti yaradılmadıqca iqtisadi və sosial sahədə, elm və təhsildə və digər sahələrdə böyük uğular olmayacaq. Neftin qiyməti qalxsa, hansısa layihələr həyata keçiriləcək, neftin qiyməti düşsə, 2015-ci ildəki kimi, növbəti devalvasiyalar (manatın ucuzlaşması) baş verəcək.

– Sizə yaxşı qanunlar qəbul edib güclü iqtisadiyyata sahib hüquqi dövlət qurmağa kim mane olur?

– Yaxşı qanunların qəbulu təşəbbüsü ilə hökumət çıxış etməlidir, həm də həmin qanunlar vicdanlı şəkildə icra olunmalıdır. Konstitusiyada qanunların icrasına parlamentin nəzarət etməsi nəzərdə tutulsa da bunun icra mexanizmi yaradılmayıb. Bu gün, hətta məhkəmə qərarlarının böyük bir qismi icra olunmur. Siyasi partiyalar hökumətə nəzarət edəcək gücə sahib deyil. Böyük dövlət adamı Bismark deyirdi ki, yaxşı məmurlarla pis qanunlarla dövləti idarə etmək olar, amma yaxşı qanunlarla pis məmurlarla dövləti idarə etmək olmaz. Bizdə kifayət qədər yaxşı qanunlar var, problem onların icrasındadır.

– Qüdrət bəy, Ceyhun Bayramov Lavrovla məsləhətləşmələrə dair protokol imzalayandan sonra bəlli dairələrin ciddi tənqidi ilə üzləşdi. Sizin münasibətiniz necədir?

– Putin Valday klubunda Azərbaycanın ərazi bütövlüyünü, əvvəllər verdiyi bəyanatlara zidd olaraq, şübhə altına alanda mən həm onu, həm Rusiya dövlətini sözünü tutmamağa və beynəlxalq hüquqa hörmət etməməyə görə kəskin qınadım. Amma o zaman da əlavə etmişdim ki, biz Rusiya ilə işləməkdə davam etməliyik. Çalışmalıyıq ki, hansı rejimin və kimin hakimiyyətdə olmasından asılı olmayaraq həmişə Rusiya ilə yaxın qonşuluq və dostluq siyasəti aparaq. Bir daha təkrar edirəm, Rusiya bizim böyük qonşumuzdur, Rusiyada iki milyona qədər soydaşımız, on milyonlarla türk-müsəlman yaşayır. Rusiya Azrbaycan fermerləri üçün böyük bazardır. Azərbaycan gəncləri üçün iş bazarıdır. Onlar Azərbaycanda qalmış ailə üzvlərinə acından ölməmələri üçün yüz milyonlarla dollar pul göndərirlər. Bizi Rusiya ilə 200 illik tarixi əlaqələr bağlayır. Qarabağda Azərbaycanın suverenliyinin qansız, itkilərsiz bərpası da daha çox Rusiyadan asılıdır, bunu heç kim yaddan çıxarmamalıdır. Mən həmişə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olmuşam. Qarabağ məsələsində biz Qərbdən fərqli olaraq Rusiyanın daha ədalətli mövqe sərgiləməsinə nail ola bilərik. Mən türk-slavyan respublikaları ittifaqının perspektivinə inanmışam. Ukraynaya təcavüz bu prosesi gecikdirsə də gələcəkdə bunun baş tutacağına inanıram.

Previous Post

“Bu torpaqların sahibləri geri qayıdıb və talana son qoyulmalıdır”

Next Post

Azərbaycanda bu sahədə çalışanlar yüksək maaş alır

Bənzər yazılar

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01

“Ukrayna Rusiya ilə sülh sazişi imzalamağa və hərbi əməliyyatları mövcud təmas xətti boyunca dayandırmağa hazırdır. Bununla belə, Kiyev müvəqqəti işğal...

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

23 Oktyabr 2026 - 16:09

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında "Aqrar sahə haqqında" Azərbaycan...

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

23 Oktyabr 2026 - 14:00

Avropa İttifaqı (Aİ) Böyük Britaniya, Kanada və Yaponiyanı 2027-ci ildə Ukraynaya maliyyə dəstəyini artırmağa inandırmaq niyyətindədir. Elchi.az xəbər verir ki,...

Trampdan İran açıqlaması: “Bəlkə bir az da irəli gedə bilərik”

Trampdan İran açıqlaması: “Bəlkə bir az da irəli gedə bilərik”

23 Oktyabr 2026 - 10:45

ABŞ Prezidenti Donald Tramp İrana bir çox cəhətdən ciddi ziyan vurduqlarını bildirərək, "Bir az daha irəli gedə bilərik" dedi. Elchi.az...

Next Post
Azərbaycanda bu sahədə çalışanlar yüksək maaş alır

Azərbaycanda bu sahədə çalışanlar yüksək maaş alır

Azərbaycanda bu sahədə çalışanlar yüksək maaş alır

Azərbaycanda bu sahədə çalışanlar yüksək maaş alır

Son xəbərlər

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

24 Oktyabr 2026 - 13:19
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24 Oktyabr 2026 - 12:40
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.