"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Bu qədər dolları kimlər və niyə alır? – TƏHLİL

12 Yanvar 2016 - 10:33
in GÜNDƏM
FacebookVatsap

 

Bunu da oxuyun

Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib

ABŞ Prezidenti İranla münaqişənin tezliklə bitəcəyini bildirib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Xarici valyutaya sadə vətəndaşlar tərəfindən mövcud olan tələb adətən, ilin müəyyən vaxtlarında – ən çox bayram günləri ərəfəsində, yay mövsümündə və sair zamanlarda artmağa başlayır və yaxud da ki, artmağa məcbur sayılır. Başqa sözlə, əgər, “Bu sahədə normal tendensiya necə olmalıdır” söhbətini açmalı olsaq, vəziyyət əslində, belə müşahidə edilməlidir.

Ölkəmizdə isə bütövlükdə keçən il və o cümlədən, son 1 ay ərzində ABŞ dollarına qarşı yaranan məlum tələb heç bir məntiqə sığmır. Düzdür, bunu psixoloji amillər və ya panika, sair elementlərlə izah etmək mümkündür. Üstəlik, yaranmış vəziyyətdən istifadə edənlərin də təsirləri böyükdür.

Ancaq bununla belə, heç cür ola bilməz və mümkün də deyil ki, tələb davamlı olaraq artsın. Yəni, bu, istənilən halda qeyri-normal tendensiyadır.

Məsələ bundadır ki, qeyd olunan cəhətlərə qarşı mübarizə aparmaq və tendensiyanı çərçivələmək o qədər də çətin deyil. Və etiraf etmək gərəkdir ki, bu yöndə Mərkəzi Bank (AMB), o cümlədən, digər qurumlar az “əziyyət” çəkmirlər. İstər AMB tərəfindən banklar qarşısında valyuta mübadiləsi zamanı vaxtaşırı olaraq müxtəlif tələblərin irəli sürülməsi, istərsə də bu sahədə qara bazarın yaranmaması üçün Daxili İşlər Nazirliyinin inzibati tədbirlər görməsini misal göstərə bilərik.

Ancaq görünən budur ki, odun üstünə sanki su deyil, yağ tökürsən. Belə ki, ABŞ dollarına qarşı tələb səngimək bilmir ki, bilmir… Bəs, bu, nəyin göstəricisidir?! Yaxud, nə ilə izah oluna bilər?

Etiraf edək ki, bunu birmənalı izah etmək çətindir. Çünki bu, nə camaatın “yastıqlarının altındakı manat” məsələsidir, nə də kimlərinsə qazanc əldə etmək istəyi. Məsələ bundadır ki, mübadilə məntəqələrində əməliyyatların 90%-dən çox hissəsinin valyuta satışının payına düşdüyü deyilir. Bu isə o deməkdir ki, vətəndaşlar valyutanı əsasən almaqla məşğuldurlar, onu, demək olar ki, satmırlar. Odur ki, daha bir sual yaranır: əhali görəsən, əlindəki çörək pulunu da dollara dəyişir, yoxsa?!..

Sözsüz ki, yox. Fikrimizcə, bütün bunlar, vətəndaşların maliyyə imkanları əlverişli olan bir qisminin öz sərbəst vəsaitlərini kənara çıxarmaq və bilavasitə yığım məqsədilə həyata keçirdikləri addımlarının nəticəsidir. Hər iki halda hədəf isə yatırımdır. Özü də depozit xarakterli!.. Çünki dünya iqtisadiyyatı elə bir mərhələyə daxil olub ki, el dili ilə desək, əli pulla oynayan adamlar yalnız və yalnız müəyyən müddət ərzində gözləmə rejiminə keçməyə çalışırlar.

Bu arada azərbaycanlıların 2015-ci ildə Türkiyədən mənzil alan əcnəbilər sırasında ilk beşlikdə qərarlaşdığı haqda yayılan məlumatı da diqqət mərkəzinə çəkmək istəyirik. Siyahı belədir: İraq, Səudiyyə Ərəbistanı, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və Azərbaycan. Türkiyə Statistika Komitəsinin məlumatına əsasən, keçən ilin 11 ayında azərbaycanlılar Türkiyədə 733 mənzil alıblar. ABŞ dollarına qarşı bizdə izaholunmaz tələb isə məhz 2015-ci ilin əvvəlindən etibarən yaranmağa başlayıb.

Bəs, bu tendensiya nə qədər davam edəcək?

Bəziləri qeyd edirlər ki, əhali arasında ajiotajın azalmasından sonra mübadilə məntəqələrində vəziyyət sabitləşəcək. Ancaq izah etdik ki, məsələnin kökü heç də bunda deyil. Bu mənada, AMB-in banklara valyuta alqı-satqısı zamanı rəsmi məzənnədən kənarlaşma həddi kimi 4%-lik limitə əməl etməyə borclu olduqları haqda məktub göndərməsini, o cümlədən, mübadilə şöbəsində 1 müştəriyə 500 ABŞ dolları ekvivalentindən artıq mübadilə əməliyyatının şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılması tələbinin ortaya qoyulmasını, həmçinin ölkədə fəaliyyət göstərən bankların mövcud şöbə və filiallarından kənar mübadilə məntəqələrinin bağlanması kimi tədbirləri məqsədəuyğun hesab edirik.

Müəyyən müddətdən sonra tendensiya sözsüz ki, səngiyəcək. Ancaq bizcə, bunun üçün istehlak bazarında da vəziyyət sabitləşməlidir. Belə ki, məlum olduğu kimi, istehlak bazarına təzyiq artıb və manatın ucuzlaşması ilə əlaqədar qiymətlərin yüksəlməsi üçün real zəmin yaranıb.

Əlbəttə, xarici valyutanın bahalaşması ilə əlaqədar idxal məhsullarının qiymətləri artmalıdır. Lakin bu, heç də yerli istehsala aid mallarda özünü göstərməli deyil. Bu mənada, hökumətin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair yanvarın 10-da keçirilən iclasında Prezident də qeyd etdi ki, istehlak qiymətlərinə ciddi nəzarət olunmalı və manatın ucuzlaşmasına görə, bəzi işbazların əlavə qazanc əldə etmək istəklərinin qarşısı alınmalıdır.

Sözün qısası, valyuta bazarında “alov” hərtərəfli şəkildə söndürülməlidir. Və ona zəmin yaradan amillər köklü şəkildə aradan götürülməlidir. Bu isə ancaq, kompleks tədbirlər sayəsində mümkündür.

Previous Post

Bu qədər dolları kimlər və niyə alır? – TƏHLİL

Next Post

Azərbaycanda zəlzələ oldu – 4,6 bal gücündə

Bənzər yazılar

Özbəkistan Prezidenti Mehriban Əliyevanı təbrik etdi

Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib

26 Avqust 2026 - 18:46

Avqustun 26-da Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib. Elchi.az xəbər verir ki,...

ABŞ Prezidenti İranla münaqişənin tezliklə bitəcəyini bildirib

ABŞ Prezidenti İranla münaqişənin tezliklə bitəcəyini bildirib

26 Avqust 2026 - 17:56

ABŞ və İran arasında müharibə "olduqca tezliklə" başa çatacaq. Elchi.az xəbər verir ki, bu barədə Amerikanın Prezidenti Donald Tramp "The...

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

26 Avqust 2026 - 17:15

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nəsimi...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Sabah” futbol klubunu təbrik edib

26 Avqust 2026 - 11:05

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə paylaşım edilib....

Next Post

Azərbaycanda zəlzələ oldu - 4,6 bal gücündə

Azərbaycanda zəlzələ oldu - 4,6 bal gücündə

Son xəbərlər

Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

29 Avqust 2026 - 10:54
FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

29 Avqust 2026 - 10:35
BDYPİ sürücülərə xəbərdarlıq edib

BDYPİ sürücülərə xəbərdarlıq edib

29 Avqust 2026 - 10:21
“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

29 Avqust 2026 - 10:00
Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01
Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58
Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10
İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

28 Avqust 2026 - 20:30
Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

28 Avqust 2026 - 20:29
Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

28 Avqust 2026 - 19:27
XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib

28 Avqust 2026 - 19:19
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

28 Avqust 2026 - 19:10
Yunanıstan İsraillə “Axiellisin qalxanı” HHM sistemini yaradır

Yunanıstan İsraillə “Axiellisin qalxanı” HHM sistemini yaradır

28 Avqust 2026 - 19:01
Konfrans Liqasının püşkü atılıb

Konfrans Liqasının püşkü atılıb

28 Avqust 2026 - 18:54
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.