"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bu qəbrin üstündə 15 nəfər intihar edib – REPORTAJ

10 Noyabr 2015 - 21:19
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

10 Noyabr 2015 14:54

 

“Baxın, burada, bu qəbrin üstündə azı 15 nəfər intihar edib. Özünü güllələyəni də olub, zəhər içəni də. Hamısı da qadınlar, özü də gənc qızlar”. Bunu Saşa deyir. Vaqankov qəbiristanlığında Yeseninin qəbri üstünə toplaşanlara. Və onu da deyir ki, Yeseninin ölümündən bir il sonra şairin şəxsi katibi Qalina Benislavskaya elə bu qəbrin yanındaca özünü güllələyib. Benislavskaya intihardan qabaq məktub da yazıbmış. “Mənim üçün dünyada ən əziz olan bu qəbirdədir” sözləri ilə bitən məktub. Saşa deyir ki, məhz bundan sonra sanki pis dəb düşüb. Sevgidə uğursuzluğa düçar olanlar Yeseninə üz tutublar…

 

…Moskvanın düz mərkəzində, “1905-ci il küçəsi” metrostansiyasının bir addımlığında yerləşir, bu qəbiristanlıq. Adi qəbiristanlıq deyib də keçməyin. SSRİ-nin və Rusiyanın dünyasını dəyişmiş əksər mədəniyyət, idman, elm adamları burada, Vaqankov qəbiristanlığında uyuyur.

 

 

Qəbiristanlığın ərazisi çox böyükdür, təxminən 50 hektar. Amma deyilənə görə, hazırda bircə metr də boş yer qalmayıb. Bəziləri hətta illər öncədən qəbir yerlərini alıblar. Özü də çox baha. “Burada bir qəbir yerinə Moskvada 1 otaqlı ev almaq olar” deyir qəbiristanlıq işçisi Nikolay.

 

***

 

Qəbiristanlığın girişində kiçik bir kilsə var. Kilsənin arxasından isə ilk sıra başlayır. Burada xəritəsiz gəzmək mümkün deyil. Sadəcə azarsan. İlk sırada isə Vladimir Vısotskinin qəbri yerləşir. Onun yanında isə bir zamanların məşhur jurnalisti, ORT-nin baş direktoru “Vzqlyad”, “Pole Çudes”, “Tema”, “Ças Pik” kimi verilişlərin aparıcısı olmuş Vlad Listev uyuyur. Nikolayın dediyinə görə, Vısotski öləndə SSRİ-nin “boz kardinalı” Suslov göstəriş veribmiş ki, onu qəbiristanlığın ən ucqar yerində dəfn etsinlər. Amma qəbiristanlıq müdirinin Vısotskiyə böyük simpatiyası olub. Onu məhz girəcəkdə basdırılması barədə göstəriş verib. Əvəzində isə… Səhəri işdən qovulub.

 

 

İlk sıralarda Otari və Amiran Kvantrişvili qardaşlarının da qəbri var. İndiki nəsil bilməz, 90-ların əvvəllərində bu qardaşlar Rusiya kriminalında böyük nüfuz sahibi idilər. Bir zamanların çox populyar olan “Banditskiy Peterburq” və “Krot” filmlərinin “qəhrəman”larından biri də bu qardaşlar idi. “Lyoşa Soldat” ləqəbli killer tərəfindən öldürülən qardaşların qətlinin istintaqı düz 14 il çəkdi. Nəhayət, “Lyoşa Soldat” ələ keçəndən sonra məlum oldu ki, nəinki bu qardaşları, ümumiyyətlə 12 kriminal avtoritetin sifarişli qətlini məhz “Soldat” yerinə yetirib. 2008-ci ildə “Lyoşa Soldat” 25 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Qəbiristanlıqda başqa bir kriminal avtoritet də uyuyur: “Yaponçik”, İvankov Vyaçeslav Kirilloviç. Rusiya kriminal dünyasının əfsanələrindən sayılan İvankov 2009-cu ilin 28 iyulunda Moskvadakı “Tayskiy slon” restoranından çıxarkən güllələndi. Düz iki ay yarım həkimlər onu komadan çıxarmağa cəhd etdilər, amma bacarmadılar. Oktyabrın 9-da dünyasını dəyişdi. Nikolay deyir ki, Vaqankov qəbiristanlığının tarixində belə izdihamlı dəfn olmamışdı. “Yaponçik”in cənazəsini gətirəndə Moskva polisinin yarısını bura tökmüşdülər. Dəfnə isə başqa bir kriminal əfsanə “Ded Xasan” başçılıq edirdi. 3 ildən sonra elə həmin Ded Xasan da öldürüləcəkdi. Amma azərbaycanlılara məxsus “Karetnıy dvor” restoranından çıxanda. “Yaponçik”in qəbri qəbiristanlığın dərinliyindədi. Qəbrin üstündə qara mərmərdən heykəli də qoyulub. Necə deyərlər, hər yerdən görünür. Heykəlin kənarlarına müxtəlif güllərdən başqa bir neçə “Lucky Strike” siqareti də vardı, Görünür “Yaponçik”in sevimli siqareti olub.

 

 

Buranın sakinləri arasında azərbaycanlılara da rast gəlmək olar. Onlardan ən məşhuru isə tanınmış geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun qəbridir. Salmanovun qəbri isə məşhur sovet aktyoru Leonid Filatovla yanaşıdır.

 

Aktyorlardan söz düşmüşkən, Vaqankov da kimlər əbədi yatmır? Mixail Kononov, Vyaçeslav Boqaçov, Aleksandr Abdulov, Georgi Vitsin, Oleq Dal, Vladimir İvaşov, Andrey Mironov, Mixail Puqovkin, Konstantin Rıbakov, Evqeniy Samoylov, Vladimir Samoylov, Stanislav Çekan, Serqey Kulaqin, Yuriy Demiç, Andrey Rostovski, Leonid Xaritonov, Zinaida Rayx, Rufina Nifontova, Tatyana Okunevskaya, Veronika Polonskaya və daha kimlər, kimlər…

 

 

Qəbiristanlıqda sənət adamları ilə yanaşı xeyli məşhur idmançı da dəfn edilib. Starostin qardaşları, Lev Yaşin, Konstantin Beskov, Mixail Semiçastnıy, Vasiliy Trofimov, İqor Netto, İqor Çislenko, Eduard Streltsov, Valentin İvanov, Valentin Bubukin, Aleksandr Ponomaryov, Vladimir Maslaçenko, Yevgeni Mayorov, Viktor Tixonov kimi tanınmışların da son məkanı Vaqankovdur.

 

***

 

Geri qayıdanda isə… hə, xəritəsiz keçinə bilmədik. Marina Svetayevanın qəbrini ha axtarsaq da, tapammadıq.

 

Səbuhi MƏMMƏDLİ, MOSKVA

Previous Post

Bu qəbrin üstündə 15 nəfər intihar edib – REPORTAJ

Next Post

Azərbaycan türklərinin ​aşağılanması-bundan daha çox kimin ziyan çəkəcəyi məlumdur – ŞƏRH

Bənzər yazılar

Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib

Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib

03 Sentyabr 2026 - 13:30

Azərbaycan Mərkəzi Bankı (AMB) “İşgüzar-Kredit İttifaqı” MMC-nin lisenziyasını ləğv edib. Bu barədə Elchi.az AMB-yə istinadən xəbər verir. Bununla da kredit...

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

03 Sentyabr 2026 - 13:18

ANAMA minaaxtaran itlər üzrə potensialını sürətlə genişləndirib. Elchi.az xəbər verir ki, bunu ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute”...

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

02 Sentyabr 2026 - 22:04

Keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının (YSFR) Rəyasət Heyətinin 10-cu sədri Raif Dizdareviç 100 yaşında Sarayevoda vəfat edib. Elchi.az  xəbər verir...

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

02 Sentyabr 2026 - 22:02

Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib. Elchi.az  xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya...

Next Post

Azərbaycan türklərinin ​aşağılanması-bundan daha çox kimin ziyan çəkəcəyi məlumdur - ŞƏRH

Azərbaycan türklərinin ​aşağılanması-bundan daha çox kimin ziyan çəkəcəyi məlumdur - ŞƏRH

Son xəbərlər

Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

03 Sentyabr 2026 - 16:46
“Sumqayıt”la oyunda qırmızı vərəqə alan Kadi Borqesin cəzası bəlli oldu

“Sumqayıt”la oyunda qırmızı vərəqə alan Kadi Borqesin cəzası bəlli oldu

03 Sentyabr 2026 - 16:45
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub

Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub

03 Sentyabr 2026 - 16:37
Avqust ayında 70 aptekdə yoxlama keçirilib, 19-da nöqsan aşkarlanıb

Avqust ayında 70 aptekdə yoxlama keçirilib, 19-da nöqsan aşkarlanıb

03 Sentyabr 2026 - 16:25
Şagirdlərin yerdəyişməsi dayandırılır

Şagirdlərin yerdəyişməsi dayandırılır

03 Sentyabr 2026 - 16:11
“ABŞ ilin sonunadək 80 ədəd “Patriot” raketi əldə edəcək” – Pentaqon

“ABŞ ilin sonunadək 80 ədəd “Patriot” raketi əldə edəcək” – Pentaqon

03 Sentyabr 2026 - 16:00
“Səbail”in adı dəyişdirilir

“Səbail”in adı dəyişdirilir

03 Sentyabr 2026 - 15:51
Şuşa Peşə Təhsil Mərkəzinə 4 milyon manatlıq avadanlıq alınacaq

Şuşa Peşə Təhsil Mərkəzinə 4 milyon manatlıq avadanlıq alınacaq

03 Sentyabr 2026 - 15:42
Ukraynanın F-16-ları raketlərini itirib

Ukraynanın F-16-ları raketlərini itirib

03 Sentyabr 2026 - 15:30
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

03 Sentyabr 2026 - 15:16
Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar

Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar

03 Sentyabr 2026 - 15:08
İspaniyanı kütləvi etirazlar dalğası bürüdü

İspaniyanı kütləvi etirazlar dalğası bürüdü

03 Sentyabr 2026 - 15:00
Azərbaycan şirkəti Ermənistandan məhsul alıb – tarixdə ilk dəfə

Azərbaycan şirkəti Ermənistandan məhsul alıb – tarixdə ilk dəfə

03 Sentyabr 2026 - 14:52
Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlandı

Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlandı

03 Sentyabr 2026 - 14:43
Gömrükdə yeni qayda: Bu malları gətirənlərə aid olacaq

Gömrükdə yeni qayda: Bu malları gətirənlərə aid olacaq

03 Sentyabr 2026 - 14:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.