“Vladimir Lenin və tərəfdarları Rusiyada çevriliş yolu ilə hakimiyyəti ələ keçirdikdən sonra Qərb ölkələrində də proletar inqilabının baş verəcəyinə inanırdılar”.
Elchi.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu FB hesabında bildirib:
“Bolşeviklər bu məqsədlə Qərb ölkələrindəki həmfikirlərinə – kommunistlərə və radikal solçulara dəstək verirdilər. Moskva dünya kommunistlərini birləşdirən Komintern təşkilatı təsis etmişdi. Üstündən 100 il keçdikdən sonra Leninin və Stalinin varisi olan Vladimir Putin ənənəni pozaraq radikal solçularla deyil, Avropadakı radikal sağ qruplarla sıx təmaslar qurdu. Fransa, İtaliya, Macarıstan və Almaniyadakı sağçılar Rusiyaya qarşı sanksiyaların əleyhinədirlər, Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə göz yumurlar və Putinlə dialoqu genişləndirməyə çağırırlar. Bunun qarşılığında Putin dostlarını unutmur, onlara yüz milyonlarla avro miqdarında yardım edir”.
Şayəstə