Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) üzvlüyünün genişləndirilməsinin tərəfdarıdırlar.
Elchi.az xəbər verir ki, bu barədə nazirlərin birgə bəyanatında qeyd olunub.
Bəyanatda bildirilir ki, iştirakçılar BMT Təhlükəsizlik Şurasının islahatı üzrə danışıqlar prosesində fəal iştirak etmək və konstruktiv olmaq öhdəliyini götürürlər.
BMT-nin baş katibi Antonio Quterreş bəyan edib ki, Təhlükəsizlik Şurasının üzvlüyünün genişləndirilməsi imkanları masadadır və ciddi şəkildə müzakirə olunur. Onun sözlərinə görə, belə bir təşəbbüslə bağlı ABŞ və Rusiyadan müsbət cavablar var.
Yeganə