Kanadanın Kvebek əyalətində koronavirus əlehinə peyvənd olunmayanlar dövlətə sağlamlıq vergisi ödəyəcəklər.
Elchi.az xəbər verir ki, bu barədə Kvebek əyalətinin Baş naziri Fransua Leqault mətbuat konfransı zamanı məlumat verib.
O, hələlik vergi məbləğinin müəyyən olunmadığını, lakin yüksək məbləğ ödəniləcəyini bildirib.
Legault qərarın nə vaxt qüvvəyə minəcəyini açıqlamayıb.