İspaniya hakimiyyəti Kiyevə “Leopard” tanklarının tədarükü üzrə Avropa proqramına qoşulmaq qərarına gəlib.
Elchi.az bu barədə “El Pais” qəzetinə istinadən məlumat verir.
Mətbuatın yazdığına görə, Madridin mövqeyi bu məsələ ilə bağlı Avropa səviyyəsində razılaşmanın olması ilə izah olunur.
Qəzet həmçinin əlavə edib ki, İspaniya ordusunun arsenalında 347 “Leopard” tankı var.
İspaniyanın Ukraynaya mümkün tank tədarükünün tarixləri hələ dəqiqləşdirilməyib.
Yeganə