Fransa yüksək hava istiliyinə görə meşə yanğınları təhlükəsi altındadır. Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” Fransanın “La Chaîne Météo” kanalına istinadən məlumat yayıb.
Fransa Milli Meteorologiya Xidmətinin məlumatına görə, Avropa ölkəsinin cənub və qərbində Yeni Akvitaniya bölgəsinin bəzi hissələrində termometr işarəsi Selsi üzrə 39 dərəcəyə çatıb.
Kanal sinoptikləri qeyd edirlər ki, isti, quru və küləkli şərait meşə yanğınları riskini artırır. Cənub ərazilərində yanğınlar baş verə bilər.
Avqust ayında məlum olub ki, yüksək temperaturun vurduğu ziyan Fransanın cənubunda 2023-cü ildə şərab istehsalının azalmasına səbəb olacaq. Mütəxəssislərin fikrincə, ölkədə şərab istehsalı 10-20 faiz azala bilər.
Havar Şəfiyeva