BU ölkə evtanaziyaya icazə verdi

260

Portuqaliya hakimiyyəti evtanaziyanı dekriminallaşdırıb.  

Elchi.az bu barədə Rusiyanın mk.ru saytına istinadən xəbər verir.

“Mayın 12-də Respublika Assambleyası öz səlahiyyətlərinin icrası zamanı deputatların mütləq səs çoxluğu ilə ölüm halında tibbi yardım haqqında qanunun yeni redaksiyasını təsdiqləyib”, – deyə ölkə prezidenti Marselo Rebelo de Souzanın rəsmi saytında bildirilir.

Ağır sıxıntı içində olan ölümcül xəstələr üçün evtanaziyaya icazə verən qanun layihəsi 2021-ci ilin əvvəlində Parlament tərəfindən təsdiqlənib. Sonra prezident sənədi konstitusiya məhkəməsinə göndərib, lakin onlar qərara gəliblər ki, qanun layihəsində qeyri-müəyyən anlayışlardan çox istifadə olunub.

Sənəd yenidən baxılması üçün parlamentə qaytarılıb və daha bir neçə dəfə konstitusiya məhkəməsinə göndərilib və nəhayət, bütün mətnləri razılaşdırmaq mümkün olub. 250 yerlik parlament qanun layihəsini təsdiqləmək üçün səs verib və faktiki olaraq prezidentin vetosunu ləğv edib.

Beləliklə, Portuqaliya dünyada total evtanaziyaya icazə verilən 9-cu ölkə olub. Əvvəllər ölkədə yalnız passiv evtanaziya qanuniləşdirilmişdi, o zaman həkimlər yalnız ölümcül xəstənin müalicəsini dayandıra bilirdilər. Qeyd edək ki, Hollandiya Avropa İttifaqında (Aİ) bu proseduru qanuniləşdirən ilk ölkə olub. İspaniya isə evtanaziyaya 2021-ci ildə icazə verib. Bundan başqa Belçika və Lüksemburqda da evtanaziya icazəsi var. Aİ-dən kənarda bu prosedur İsveçrə, Kolumbiya, Kanada, ABŞ-ın bəzi ştatlarında və Avstraliyanın bir ştatında, həmçinin Yeni Zelandiyada həyata keçirilir.

Yeganə