Bakı Nəqliyyat Agentliyi (BNA) 2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edib.
Elchi.az xəbər verir ki, bu barədə BNA-dan bildirilib.
Dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar metronun “Dərnəgül” stansiyasınadək hərəkət edəcək.
Dəyişiklik sayəsində 7-ci mikrorayon və metronun “Dərnəgül” stansiyası ətrafında məskunlaşan vətəndaşların metronun “N.Nərimanov”, “Nizami”, “20 Yanvar” stansiyaları və “Beynəlxalq Avtovağzal Kompleksi” istiqamətində birbaşa gedişi təmin olunacaq.
Sözügedən dəyişiklik 26 noyabrdan tətbiq olunacaq.





















Son şərhlər