İrana qarşı faktaraşdırıcı komitənin yaradılması misilsiz qərardır.
Elchi.az xəbər verir ki, bu sözləri Şahzadə Rza Pəhləvi Tvitter hesabındakı paylaşımında yazıb.
O, bunu İran xalqı və azad dünyanın qələbəsi olduğunu bildirib:
“Şuranın əldə etdiyi və qeydə aldığı faktlar yaxın gələcəkdə cinayətkarların mühakimə olunması üçün zəmin yaradacaq. Bitərəf qalan hökumətlərdən qısamüddətli məqsədəuyğunluğu bir kənara qoymağı və komitənin yaradılmasının əleyhinə səs verən altı ölkədən uduzmuş atla mərc etməməyi xahiş edirəm”, – paylaşımda qeyd edib.
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 35-ci xüsusi iclasında Pakistan, Venesuela, Ermənistan, Çin, Kuba və Eritreya İranla bağlı faktaraşdırıcı komitənin yaradılmasına dair qətnamənin əleyhinə səs veriblər.
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi
ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahu ilə qatıldığı bir proqramda telefon danışığı zamanı sızdırılan "töhmət və qışqırıq"...





















Son şərhlər