“Bu İran acizliyinin növbəti göstəricisidir” – siyasi şərhçi

139


“İranın Azərbaycan diplomatlarına bunu etməsi çox məntiqsiz bir addımdır. Çünki nəzərə almaq lazımdır ki, Azərbaycanın Tehrandakı səfirliyində və Təbrizdəki baş konsulluğu da çalışan Azərbaycanlı diplomatların hansısa bir formada “persona-non-qrata” elan edilməsinə heç bir səbəb yoxdur”. Bunu Elchi.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Onun sözlərinə görə bu, İranın acizliyinin növbəti göstəricilərindən biridir.
” Azərbaycanın daha əvvəl İranın 4 diplomatın ölkədən qovulmasına guya öz aləmlərində cavab verirlər. Azərbaycanın İran diplomatların ölkədən çıxarılmasına haqlı səbəblər var, çünki İranda Azərbaycan səfirliyinə edilən terrorun cavabdehləri tapılmayıbdır. Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən terrorçular Azərbaycana təhvil verilməyib, Milət Vəkili Fazil Mustafa qarşı suiqəst təşkili həyata keçirilib və eyni zamanda İranın Azərbaycandakı səfirliyi ölkə əleyhinə fəaliyyət göstərir. Azərbaycan məcbur qalıb bu diplomatları ölkədən qovubdur. İranın Azərbaycan diplomatların çıxarmasına heç bir səbəb yoxdur. Eyni zamanda hesab edirəm ki, bu addımı çox yüksək səviyyədə cavablandırmışıq”.

Havar Şəfiyeva