Bir çox mütəxəssislər hesab edir ki, zəlzələdən sonra turistlərin Türkiyəyə axınınına öz təsirini göstərəcək. Çünki turistlər gedəcəkləri yerlərin təhlükəsiz olmasına əsas önəm verirlər.
“Bu il Azərbaycana gələn turistlər əvvəlki illərlə müqayisədə daha çox olacaq”- bu sözləri Elchi.az saytına açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib. O həmçinin bildirir :” Bu ölkənin daha çox əlçatan olmağı və pandemiyadan sonra həyata keçirdiyi müəyyən məhdudiyyətlərin aradan qaldırılmasına yönəlmiş tədbirlərlə əlaqədardır”.
Ekspert həmçinin bir neçə hava nəqliyyatın bərpa olunduğunu da vurğulayıb: “Bildiyimiz kimi artıq bir neçə ucuz hava daşıyıcı nəqliyyatları bərpa olunub, ümüd edirik ki 2023 cü ildə quru sərhədlərimiz də açılacaqdır. Baxmayaraq ki, regionda gərginlik var, xüsusilə Rusiya Ukrayna müharibəsi davam edir, amma 2023 -cü ildə öncəki illərə nisbətən daha çox xarici vətəndaşın ölkəmizə ziyarətini gözləyirik”.
Havar Şəfiyeva