"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bu gündən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb – VİDEO

15 Avqust 2026 - 10:00
in CƏMİYYƏT
FacebookVatsap

“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən etibarən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Bunu da oxuyun

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

Elchi.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. Tikinti işlərinin təxminən 10-11 ay davam edəcəyi planlaşdırılır.

Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun icra olunur.

Bakı metrosunun gələcək inkişafı üçün strateji zərurət olan layihənin əsas məqsədi Qırmızı və Yaşıl xətlər arasında asılılığa son qoymaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.

Hazırda “28 May” stansiyasının platformasında fərqli istiqamətlərə gedən minlərlə sərnişin eyni sahəni paylaşır. Bu isə xüsusilə pik saatlarda normadan artıq yüklənməyə və sərnişinlərin qatarlara minib-düşməsində ciddi çətinliklərə səbəb olur.

Layihə tamamlandıqdan sonra “İçərişəhər” istiqamətinə gedən sərnişinlər “28 May”, “Dərnəgül” istiqamətinə gedənlər isə “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər. Bununla yanaşı, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirən və tikintisi artıq yekunlaşmaq üzrə olan ikinci sərnişin pilləkəni stansiyalar arasında daha rahat və sürətli keçidə imkan verəcək.

Metroda hərəkətin dayandırılması ilə əlaqədar sərnişin daşımalarında yarana biləcək əlavə yükün qarşılanması məqsədilə AYNA tərəfindən də dəstəkləyici tədbirlər görülüb.

Belə ki, AYNA tərəfindən bir gün əvvəl, avqustun 14-də 6 yeni ekspres avtobus marşrutu fəaliyyətə başlayıb.

M1 marşrutu “Elmlər Akademiyası” və “28 May” metrostansiyalarını, M2 “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyalarını, M3 “20 Yanvar”, “Nizami” və “28 May” stansiyalarını, M4 “20 Yanvar” və “Koroğlu” stansiyalarını, M5 “20 Yanvar” və “Gənclik” stansiyalarını, M6 isə “Elmlər Akademiyası” və “Gənclik” stansiyalarını birləşdirir.

Eyni zamanda, 20 müntəzəm marşrutda, yəni 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutlarda avtobusların sayının artırılması həyata keçirilib.

Bundan başqa, bu gündən “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilərək Səməd Vurğun bağının ətrafında təşkil olunub. Belə ki, 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların isə Puşkin küçəsində təyin edilib.

Previous Post

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

Next Post

Azərbaycan nefti ucuzlaşdı

Bənzər yazılar

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

15 Avqust 2026 - 12:55

Sabah Azərbaycanda hava necə olacaq? Avqustun 16-da gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

15 Avqust 2026 - 12:38

Bakı Metropoliteni bu gündən etibarən qatarların hərəkəti ilə bağlı monitorinqləri də davam etdirəcək. Elchi.az xəbər verir ki, bu barədə “Bakı...

Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

15 Avqust 2026 - 12:10

Avqustun 15-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə...

FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

15 Avqust 2026 - 10:37

Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib. Bu barədə...

Next Post
Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

15 Avqust 2026 - 13:09
Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

15 Avqust 2026 - 12:55
Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

15 Avqust 2026 - 12:38
Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

15 Avqust 2026 - 12:10
İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlandı

İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlandı

15 Avqust 2026 - 11:50
Azərbaycan XİN Konqo hökumətini Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan XİN Konqo hökumətini Milli Günü münasibətilə təbrik etdi

15 Avqust 2026 - 11:28
Bakıda mağaza uçdu: bir nəfər dağıntılar altından çıxarıldı – VİDEO

Bakıda mağaza uçdu: bir nəfər dağıntılar altından çıxarıldı – VİDEO

15 Avqust 2026 - 11:12
“Barselona” ilə anlaşan Rodri “Mançester Siti” ilə məşqlərə çıxmayacaq

“Barselona” ilə anlaşan Rodri “Mançester Siti” ilə məşqlərə çıxmayacaq

15 Avqust 2026 - 10:55
FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

15 Avqust 2026 - 10:37
Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

15 Avqust 2026 - 10:18
Bu gündən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb – VİDEO

Bu gündən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb – VİDEO

15 Avqust 2026 - 10:00
Təbii qazın dəyəri azaldı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

14 Avqust 2026 - 19:28
ADY-də kükürd daşımaları 31%-dən çox artıb

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

14 Avqust 2026 - 19:17
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

14 Avqust 2026 - 19:05
Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

14 Avqust 2026 - 19:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.