"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Naxçıvan Ali Məclisinin sessiyası: büdcə təsdiqləndi

10 Yanvar 2023 - 16:55
in SİYASƏT
FacebookVatsap

09:38

Bunu da oxuyun

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Yanvarın 10-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib.

Elchi.az xəbər verir ki, toplantının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi

3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış ediblər.

Sessiyanın gündəliyində duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edib, “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran üçüncü məsələ – Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Bağırov çıxış edib, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Qanun qəbul olunub.

Sessiyanın gündəliyində duran dördüncü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsizliyin yaranması hallarının qarşısının alınması, iş yeri ixtisar olunmuş şəxslərin əməkhaqlarının kompensasiya olunmasının təmin edilməsi və məşğulluğun artırılması məqsədilə işsizlikdən sığorta fondunun vəsaitləri hər il üçün qanunla təsdiq olunur.

Gündəlikdə duran dördüncü məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edib. Müzakirə olunan məsələ ilə əlaqədar qanun layihəsi oxunub və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Qanun qəbul edilib.

Sessiyada bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli Fərmanı ilə icbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi təsdiq edilib. Həmin büdcə daxilində Naxçıvan Muxtar Respublikasının icbari tibbi sığorta üzrə dövlət agentliyinin gəlirləri və xərcləri müəyyən olunub. Ona görə də bu məsələ ilə bağlı ayrıca normativ aktın qəbul edilməsi məqsədə müvafiq deyildir.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, dövlət başçısının qətiyyəti nəticəsində reallaşan Zəngəzur dəhlizi ölkəmizin və regionun, ən əsası isə Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasının bir sıra dövlət məmurlarının ölkə Prezidentinin apardığı uğurlu siyasətə və davamlı inkişafa kölgə salmaq istəyən qanunazidd əməlləri və özbaşınalığı aşkar olunub, qanunamüvafiq tədbirlər görülüb, həmin şəxslər barəsində həbs qətiimkan tədbiri seçilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sosial-iqtisadi inkişaf məsələlərinin həlli ilə yanaşı, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsini, bütün sahələrdə şəffaflığın təmin edilməsini, inkişafa mane olan neqativ halların aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Ölkə başçısının müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması və səlahiyyətli nümayəndənin təyin olunması da Naxçıvanda effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır. Muxtar respublikada fəaliyyət göstərən qanunverici və icraedici orqanlar öz fəaliyyətini ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq quracaq, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə qarşılıqlı fəaliyyət göstərəcəklər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı sosial-iqtisadi islahatlar və müəyyənləşdirdiyi milli prioritetlərin ölkəmizi yeni inkişaf dövrünə çıxardığını deyib. Bildirilib ki, makroiqtisadi inkişafda dayanıqlılığın təmin edilməsi, iqtisadi potensialın artması Azərbaycanın dünya birliyində həm inteqrasiyasını, eləcə də mövqeyini daha da gücləndirməkdədir. Bu gün dövlət başçısının Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətli mövqeyi və uzaqgörən siyasəti Azərbaycanın Avropanın və Asiyanın əsas geoiqtisadi mərkəzi kimi əhəmiyyətini artırır, regional iqtisadi şaxələndirmələrdə milli maraqlarımıza uyğun yeni yanaşmalar ortaya qoyur. Sözsüz ki, Zəngəzur dəhlizinin ən mühüm əhəmiyyəti Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin digər iqtisadi rayonları arasında birbaşa əlaqəni təmin etməsi olacaqdır. Bununla da Naxçıvan Muxtar Respublikasının iqtisadi-tranzit əhəmiyyəti daha da artacaq, yeni inkişaf istiqamətləri müəyyənləşdiriləcəkdir.

Qeyd edilib ki, bu gün sessiyada Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına nəzər salındı, eyni zamanda 2023-cü il büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri təsdiq edildi. Biz bu vəsaitlərdən maksimum səmərəli istifadə etməliyik. Təbii ki, Naxçıvan Muxtar Respublikasında bir çox istiqamətlər üzrə nöqsanlar vardır. Xüsusilə ötən illər ərzində büdcə vəsaitlərindən təyinata uyğun istifadə edilmədiyi müəyyən olunub. Bundan əlavə vətəndaşlarla iş sahəsində buraxılan nöqsanlar, şəhid ailələri və qazilərin problemləri birmənalı şəkildə həll olunmalıdır. Səlahiyyətli nümayəndə ümumi inkişaf istiqamətlərini diqqətə çatdıraraq deyib ki, ilin əvvəlindən etibarən fəaliyyət Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin bu və digər sahələrdə müəyyən etdiyi istiqamətlərə uyğun qurulmalı, qarşıya qoyulan vəzifələr icra edilməlidir.

Azər Zeynalov deyib: “Ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. “Heydər Əliyev İli”nin qeyd olunması ilə bağlı muxtar respublikada müvafiq tədbirlər həyata keçiriləcəkdir. Dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə bundan sonra da sadiq qalınacaq, ölkəmizin digər bölgələri kimi, Naxçıvanın da davamlı inkişafı təmin olunacaqdır. 2022-ci ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanlara təşəkkür edir, şəhidlərimizin əziz xatirəsini yad edirik”.

Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası öz işini başa çatdırıb.

Previous Post

Naxçıvan Ali Məclisinin sessiyası: büdcə təsdiqləndi

Next Post

Rayonlara avtobuslar işləyir? – Rəsmi

Bənzər yazılar

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

30 Sentyabr 2026 - 12:27

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün...

Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb

Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb

30 Sentyabr 2026 - 11:04

Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb. Elchi.az-ın xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova sessiyanı açıq elan edib....

İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

30 Sentyabr 2026 - 09:53

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Elchi.az xəbər verir ki, bu fikir...

Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiqlədi

Prezident “ADEX 2026”nın iştirakçılarına müraciət ünvanlayıb

30 Sentyabr 2026 - 09:41

Prezident İlham Əliyev “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə...

Next Post
Rayonlara avtobuslar işləyir? – Rəsmi

Rayonlara avtobuslar işləyir? – Rəsmi

Rayonlara avtobuslar işləyir? – Rəsmi

Rayonlara avtobuslar işləyir? – Rəsmi

Son xəbərlər

Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

30 Sentyabr 2026 - 13:52
11 nəfərin zəhərlənməsinə görə araşdırma başladıldı

11 nəfərin zəhərlənməsinə görə araşdırma başladıldı

30 Sentyabr 2026 - 13:43
Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

30 Sentyabr 2026 - 13:30
NİİM avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib – VİDEO

NİİM avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib – VİDEO

30 Sentyabr 2026 - 13:14
Prezident “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub

Prezident “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub

30 Sentyabr 2026 - 13:07
“Rusiya BMT-nin mövcudluğunu qorumaq uğrunda mübarizə aparır” – Zaxarova

“Rusiya BMT-nin mövcudluğunu qorumaq uğrunda mübarizə aparır” – Zaxarova

30 Sentyabr 2026 - 13:00
Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU

30 Sentyabr 2026 - 12:53
Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

30 Sentyabr 2026 - 12:44
Startaplar üçün yeni vergi güzəştləri olacaq

Startaplar üçün yeni vergi güzəştləri olacaq

30 Sentyabr 2026 - 12:39
Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

30 Sentyabr 2026 - 12:27
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

30 Sentyabr 2026 - 12:20
Yasamalda içməli su xəttində qəza baş verib

Yasamalda içməli su xəttində qəza baş verib

30 Sentyabr 2026 - 12:10
Bu ay 87 mln. manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Bu ay 87 mln. manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

30 Sentyabr 2026 - 11:38
Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb

Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası başlayıb

30 Sentyabr 2026 - 11:04
Merz, Vadeful və Lavrov arasındakı danışıqları şərh etdi

Merz, Vadeful və Lavrov arasındakı danışıqları şərh etdi

30 Sentyabr 2026 - 10:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.