"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

İqtidarın Rusiya siyasətini bəyənmirsinizsə istefa verin

26 Avqust 2022 - 10:44
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “İqtidarın internet tv-lərindən məni ittiham edənlərin kişiliyi və cəsarəti varsa sözünü iqtidara desin”

Bunu da oxuyun

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Kreml ABŞ-a müraciət edib

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini təqdim edir

– Qüdrət bəy, son vaxtlar internet tv-lərdə, sosial şəbəkələrdə Sizin ünvanınıza əsassız, bəzən yumşaq desək, etik çərçivəni aşan ittihamlar səsləndirilir. Bu barədə nəsə demək istərdinizmi?

– Belələri arasında heç bir sanballı, vicdanlı və intellekt sahibinə rast gəlməmişəm. Mən həmin rəzil adamları istifadə edənlərə acıyıram. Gör kimlərin ümidinə qalıblar. İqtidarın maliyələşdirdiyi kanallarda iqtidarın vətənpərvərliyindən danışıb məni rusiyayönümlülükdə ittiham edənlərə və onları öyrədənlərə deyirəm ki, nə 10 noyabr nə də 22 fevral sazişini mən imzalamamışam. Siyasət mümkün olanı əldə etmək bacarığıdır. İlham Əliyev həmin sazişləri imzalamaqla mümkün olan maksimuma nail olub. Bu gün nail ola bilmədiklərimizə sabah nail olacağıq. Sadəcə səbrlə növbəti əlverişli geosiyasi vəziyyətin yaranmasını gözləməliyik. Məhz bu səbəbdən, mən həmin sazişlərin imzalanmasını doğru, iqtidarın Rusiyaya münasibətdə yürütdüyü dostluq və müttəfiqlik siyasətini, ictimai rəyin bunu birmənalı qəbul etmədiyini bilsəm də, milli maraqlara uyğun hesab etmişəm. İqtidarın internet tv-lərindən məni ittiham edənlərin kişiliyi və cəsarəti varsa sözünü iqtidara desin. Biz Rusiyaya münasibətdə yürüdülən düzgün siyasətin, Prezidentlərin bir-birinə olan güvəninin hesabına işğal altındakı torpaqlarımızın 80%-ni işğaldan azad etdik. Vay bunu qanmayanların halına. Sosial şəbəkələrdə mənə böhtan atanlara səslənirəm, şəhid ailələrinin, qazilərin, sadə insanların sosial müdafiəsinin gücləndirilməsini, onlara diqqətin artırılmasını hökumətdən tələb edən, iqtisadi, sosial və hüquqi islahatların aparılmasının zəruriliyindən danışan və bu istiqamətdə ən çox təkliflər verən deputat və siyasətçilərdən biriyəm. Ola bilsin sizi böhtana sövq edənləri əslində narahat edən həm də budur. Qoy vicdanı olanlar mənim fəaliyyətimi araşdırsın, sonra danışsın. İntriqanlara isə deyirəm ki, sizlər iqtidarı səviyyəli dəstəkləmək baxımından yararsız olduğunuzu bilirsiniz və bu işi daha yaxşı görənlər sizdə qıcıq doğurur, ona görə özünüz kimiləri digərlərinin üzərinə qısqırtmaqla onları nüfuzdan salacağınızı düşünürsünüz. Əslində isə iqtidarın siyasətinə qarşı çıxıb onu gözdən salırsınız. İqtidarın Rusiya siyasətini bəyənmirsinizsə istefa verin, gedin qoşulun iqtidardan qovulub müxalifətçilik edənlərə. Öz səviyyənizdə olanların yanına gedin. Xalq hərəkatının üzə çıxardığı gerizəkalı tör-töküntülərdən, yaxud uğursuz, bir tikə çörəyə möhtac yazıq adamlardan başqalarına qarşı istifadə etməyə çalışmayın.

– Yeri gəlmişkən, iqtidarın işdən qovduğu nazirlər, səfirlər, müşavirin müşavirləri, yaxud iqtidarın deputat və ya yenidən deputat seçilməsinə dəstək vermədiyi adamlar, hökumətlə əməkdaşlıq etmiş, amma sürüşkənliklərinə görə rədd edilmiş partiya sədrləri, “siyasi fəallar”, jurnalistlər sanki yarışırmışlar kimi radikallıqları ilə fərqlənməyə, özlərini əsl müxalifət və bu iqtidarın real alternativi kimi təqdim etməyə çalışırlar. Onlar nə qədər perspektivli işlə məşğuldurlar?

– Bilirsiniz, qeyd etdiyiniz vəzifədə olmuş adamların heç biri aparılan siyasətə etiraz edib istefa verməyiblər, işdən qovulandan, yaxud deputat seçilməyəndən sonra müxalifətçilik etməyə başlayıblar. Onlar vəzifədə olanda bu iqtidarı öyüb, bu gün onların danışdıqları problemləri qaldıranları isə aşağılayıblar. Müxalifətçiliyə də işdən qovulandan dərhal sonra başlamayıblar. Hansısa möcüzənin baş verəcəyini və onlara münasibətin dəyişəcəyini xeyli gözləyiblər, bu istiqamətdə çalışıblar, amma ümidləri üzüləndən sonra başlayıblar müxalifətçiliyə. Bəzilərinin “müxalifətçiliyi”, “vicdanlılığı” isə ayrı-ayrı nazirlərin üzərinə qısqırdılmaqda ehtiva olunur. Onların “mübarizəsi” əqidə, dünyagörüş, ali dəyərlər, qanunların aliliyi uğrunda savaş, vətənpərvərlik davası deyil. Onlar vətənpərvərlik, insan haqları, demokratiya, hüquqi dövlət şuarları altında hakimiyyət uğrunda vuruşurlar, bəziləri sifariş yerinə yetirir. Bu vəzifə hərisləri istəklərinə çatmaq üçün şeytanla da əməkdaşlığa hazırdılar. Sadə insanlar siyasi baxımdan fəal olmasa da əslində nə baş verdiyini, həmin adamların əsl simasının nə olduğunu və onların nə istədiyini yaxşı başa düşür. Onların həllini gözləyən bəzi problemlərdən danışması, rəqiblərini və onlar kimi düşünməyənləri təhqir etmələri onların kimliyini və xalqın onlara olan münasibətini dəyişmir. Ona görə həmin adamlar heç vaxt xalqdan ciddi dəstək ala və bu iqtidarın real alternativinə çevrilə bilməz. Onların ümid bəslədiyi və siyasi dəstək gözlədikləri Qərb və müxtəlif xarici dairələr də bu adamların kimliyini və hakimiyyətə gələrlərsə Azərbaycanı necə zəlil edəcəklərini də bilirlər və hərə öz marağına uyğun onlardan istifadə edir. Həm də nə xalqımızın böyük çoxluğu, nə də dövlətimiz 30 il bundan öncəki durumda deyil. Onlar gərək bunu nəzərə alsınlar.

Previous Post

İqtidarın Rusiya siyasətini bəyənmirsinizsə istefa verin

Next Post

Azərbaycan Avrasiya regionunda bunu təşviq edir – Əsədov

Bənzər yazılar

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların bərpa ediləcəyini və gücləndiriləcəyini istisna etməyib. Elchi.az...

Kreml ABŞ-a müraciət edib

Kreml ABŞ-a müraciət edib

01 Oktyabr 2026 - 16:00

"Rusiya ABŞ-ı Ukraynadakı münaqişənin həllini gözləmədən iqtisadi əlaqələri bərpa etməyə çağırır". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad populyasiyasının 90 faiz azaldılması barədə göstəriş verib. Elchi.az xəbər verir ki,...

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17

Azərbaycan təhlükəsizliyini tam təmin etməyi bacaran ölkələr sırasında öz layiqli yerini qoruyur. 44 günlük Vətən müharibəsində dünya ölkəmizin hərbi imkanlarının,...

Next Post
ETSN-in Tədris Mərkəzi ləğv edildi

Azərbaycan Avrasiya regionunda bunu təşviq edir – Əsədov

ETSN-in Tədris Mərkəzi ləğv edildi

Azərbaycan Avrasiya regionunda bunu təşviq edir – Əsədov

Son xəbərlər

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47
Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 17:35
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.