"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan Avrasiya regionunda bunu təşviq edir – Əsədov

26 Avqust 2022 - 11:02
in SİYASƏT
FacebookVatsap

Bu gün Baş Nazir Əli Əsədov Qırğızıstanın Çolpon-Ata şəhərində qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib.

Bunu da oxuyun

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

İclasda çıxış edən hökumət başçısı Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olan demək olar ki, bütün ölkələrlə sıx əlaqələrə və iqtisadi əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb.

O, bildirib ki, bu münasibətlər ərazi bütövlüyünə qarşılıqlı hörmət, milli suverenlik və bir-birinin milli maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanır.

Baş Nazirin sözlərinə görə, məhz bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan əməkdaşlıq uzunmüddətli sülhün, sabitliyin və davamlı inkişafın əsas təminatçısıdır. O, Azərbaycanın regional və qlobal miqyasda əməkdaşlığın və sülhün təmin edilməsinə, sabit təhlükəsizlik sisteminin formalaşmasına yönəlmiş strateji kursun həyata keçirdiyi vurğulayıb:

“Bu kontekstdə ölkəmiz Avrasiya regionunda sülhü və dialoqu təşviq edir, əməkdaşlığın inkişafına dəyərli töhfələr verir”.

Ə.Əsədov Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın regiondakı tərəfdaşları ilə birlikdə nəqliyyat kommunikasiyalarının inkişafına, regional və kontinental ticarətin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüs və layihələrdə iştirak etdiyini qeyd edib. İclas iştirakçılarının diqqətini Azərbaycanın iqtisadi inkişafına yönəldən Baş Nazir qlobal iqtisadiyyatdakı mənfi tendensiyalara baxmayaraq, bu ilin I yarısında ölkəmizdə yaxşı iqtisadi artım templərinin qeydə alındığını bildirib.

Onun sözlərinə görə, 6 ay ərzində Azərbaycanda iqtisadi artım 6,2% təşkil edib, o cümlədən qeyri-neft iqtisadiyyatı 9,6% artıb.

“Ölkənin xarici ticarət dövriyyəsi isə 70%-dən çox artım nümayiş etdirib. Azərbaycan məhsullarının ixracı 2 dəfədən çox, qeyri-neft ixracı isə 25 % artıb”.

Hökumət başçısı bildirib ki, Azərbaycan beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin yaradılması üzrə mühüm layihələrin həyata keçirilməsi üçün nəqliyyat infrastrukturunun modernləşdirilməsinə sərmayə qoyub və bunu etməkdə davam edir.

O, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu və s. kimi bir sıra layihələrdə mühüm halqa olduğunu vurğulayıb:

“Ölkəmizin ərazisindən keçən müxtəlif marşrutlar üzrə yükdaşımaların hər il yüksəldiyini müşahidə edirik. Təkcə cari ilin 6 ayında tranzit daşımalarının həcmi 50 %-dən çox artıb. Xəzərdə yeni Ələt beynəlxalq dəniz ticarət limanından daşınan tranzit yüklərin həcmi artmaqdadır. Liman infrastrukturu ildə 100 000 TEU konteyner daxil olmaqla 15 milyon tona qədər yük daşımağa imkan verir. Bununla belə, yük daşımalarının artması və bununla bağlı proqnozlar onun buraxılış qabiliyyətinin artırılmasını tələb edir. Bunu nəzərə alaraq biz limanın yükdaşıma qabiliyyətinin 25 milyon ton yükə və 500 min TEU konteynerə qədər genişləndirilməsi üzrə ikinci fazanın əsasını qoyduq”.

Ə.Əsədov diqqətə çatdırıb ki, Azərbaycan bundan sonra da Avrasiya İqtisadi İttifaqı üzrə tərəfdaşlarının ölkənin tranzit potensialından istifadə edə bilməsi üçün hər cür şərait yaratmağa hazırdır.

O, ölkələri və qitələri birləşdirən nəqliyyat layihələri çərçivəsində əməkdaşlığın bütün Avrasiya məkanında sabit, firavan, ləyaqətli və proqnozlaşdırıla bilən gələcəyə töhfə verəcəyinə əminliyini ifadə edib:

“Bu tezis regionda yaranmış yeni reallıqlarla daha da möhkəmlənir ki, bu da nəqliyyat kommunikasiyalarının, eləcə də yeni nəqliyyat və ticarət yollarının açılması üçün yaxşı imkanlar yaradır”.

Previous Post

Azərbaycan Avrasiya regionunda bunu təşviq edir – Əsədov

Next Post

Səudiyyə Pakistana 1 milyard dollar sərmayə qoyacaq

Bənzər yazılar

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:09

Bakı–Tbilisi–Bakı qatarında qatarların sayı artmaqla yanaşı qiymətlər də aşağı düşdü. Bu yaxşı xəbərdir, amma Gürcüstana gedərkən səyahət sığortasını unutmayaq. Ölkəyə...

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

02 Oktyabr 2026 - 16:41

Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları...

YAP-ın VIII Qurultayı başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

02 Oktyabr 2026 - 16:24

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı öz işini başa vurub. Elchi.az xəbər verir ki, Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib....

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Next Post
Səudiyyə Pakistana 1 milyard dollar sərmayə qoyacaq

Səudiyyə Pakistana 1 milyard dollar sərmayə qoyacaq

Səudiyyə Pakistana 1 milyard dollar sərmayə qoyacaq

Səudiyyə Pakistana 1 milyard dollar sərmayə qoyacaq

Son xəbərlər

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46
“Fənərbaxça” Bakıya gəlib

“Fənərbaxça” Bakıya gəlib

02 Oktyabr 2026 - 18:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.