Bu gün Milli Məclis toplanır

181
SHARES
317
VIEWS

>

 

Bunu da oxuyun

Bu gün Milli Məclisin növbəti plenar iclası olacaq.

Elchi.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında 39 məsələ müzakirə ediləcək. İlk öncə “2013-cü il 13 avqust tarixində imzalanan “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında” Protokolun təsdiq edilməsi məsələsinə baxılacaq.

Daha sonra “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. İclasda həmçinin “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” layihə, Seçki Məcəlləsinə, Mülki Məcəlləyə dəyişikliklər edilməsi, o cümlədən “Rəsmi statistika haqqında”, “Həmkarlar ittifaqları haqqında” qanuna dəyişiklik edilməsi və digər məsələlər mazakirə ediləcək.

Bənzər yazılar

Əliyev Tokayevə zəng etdi

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə zəng edib. Elchi.az  xəbər verir ki, Prezident İlham...

Next Post

Son xəbərlər