Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 13-15, gündüz 17-21, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın əksər bölgələrində yağış yağacağı, axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.