"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bu gecə qəzada ölən qazinin son müsahibəsi – Video –

17 Oktyabr 2014 - 11:19
in CƏMİYYƏT
FacebookVatsap

Ötən gecə Axar.az-ın “Cəbhə xətti” layihəsinin müəllifi Nihad Cəbrayıl (Nahid Cəbrayılov) növbəti 1412803743müsahibəsinə getmişdi. Layihənin qonağı olmuş xanım qazilər – Qarabağ savaşının od-alovundan çıxan tankist Sevil Abbasova və snayper Solmaz Əliyeva telefon açmışdılar, daha bir döyüşçü rəfiqələri ilə müsahibə götürmək imkanı ilə onu sevindirmişdilər. Nihad da iş gününün sonu olmasına baxmayıb, uça-qaça özünü xanım qazilərə çatdırmışdı.

Bunu da oxuyun

Geomaqnit qasırğası olacaq

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

 

…Gecə Nihadı evə gətirmək üçün Sevil Abbasova qazilərə və əlillərə verilən “NAZ Lifan” maşınını işə salası olur. Solmaz Əliyeva da onları tək qoymur.

 

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yanında “Cip” markalı avtomobil qarşıdakı maşını ötərkən “NAZ Lifan”ın yoluna çıxır və dəhşətli qəza törəyir…

 

Qarabağ savaşında ağır qəzalardan çıxan, üzünün bir tərəfi yanan və ona görə də çəkdirdiyi fotolarda yarızarafat-yarıciddi əlini üzünə tutub, heç olmasa foto yaddaşına üzünün yanığının düşməsini istəməyən Sevil Abbasova dünyasını dəyişdi, Solmaz Əliyeva və Nihad Cəbrayıl isə xəstəxanada canları ilə əlləşirlər…

 

Tankist Sevil Əliyevanın bir həftə öncə gedən və dünənki qəzadan sonra SONUNCU MÜSAHİBƏSİnə çevrilən döyüş xatirələrini Nihad Cəbrayılın “Cəbhə xətti”ndən yenidən təqdim edirik.

 

***

 

“Heydər Əliyev generalların yanında mənə dedi ki…”
“Cəbhə xətti” layihəsinin budəfəki qonağı Abbasova Sevil Hümbət qızıdır. Sevil xanım 1975-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olub. 1988-ci ildə ermənilərin apardığı genosid siyasətinin qurbanı olaraq minlərlə soydaşımız kimi yurd-yuvasından qovularaq məcburi köçkün düşüb və Sumqayıt şəhərində yerləşib. 1991-ci ildən 1995-ci ilə qədər könüllü olaraq Birinci Qarabağ döyüşlərində iştirak edib. Bir övladı var, ikinci qrup Qarabağ əlilidir.

16 yaşlı tankçı
– Sevil xanım, siz erkən yaşlarınızda müharibəyə yola düşdüz. On altı yaşlı qız üçün çətin olmadı ki?  
– 1991–ci ilin mart ayı idi. Qarabağ uğrunda ermənilərlə qızğın döyüşlər gedirdi. Respublikanın bütün bölgələrinə hər gün şəhidlər gəlirdi. Bunları görürdüm, yaşım az olsa da, dərk edirdim ki, bu müharibədə bir övlad olaraq mən də öz sözümü deməliyəm. Və belə bir qərar verdim ki, gedib döyüşəcəm. Yollandım Ağdam rayonundakı N saylı hərbi hissəyə. Lakin yaşım az olduğundan məni qəbul etmədilər. Gətirib Müdafiə Nazirliyinə təhvil verdilər. İsrarla döyüşmək istədiyimi dedim. Amma bu da bir fayda vermədi. Məni göndərdilər Naxçıvanski adına hərbi məktəbə. Burada üç ay oxuduqdan sonra yenə də dözmədim, qaçdım döyüş bölgəsinə. Milli Qəhrəman Şirin Mirzəyevin batalyonuna qoşuldum. Bu, Xalq Cəbhəsinin batalyonu idi, əsasən könüllülər vuruşurdu. Bu batalyonda tankçı kimi döyüşə başladım. İşimi bilirdim və hər şeyi gözə almışdım.
– Savaşa hansı döyüşlə başladınız?
– İlk döyüşüm Ballı qaya istiqamətində oldu. Bizim əsgərlərə hücum əmri verilmişdi. Lakin döyüşçülərimiz mühasirəyə düşmüşdü. Rəhmətlik Şirin Mirzəyev bizi iki tank, iki BMP ilə Sırxavənd körpüsünə göndərdi ki, ermənilərə tanklardan, qradlardan atəş açıb onların fikrini və qüvvəsini parçalayaq ki, dostlarımız mühasirədən çıxa bilsin. Sırxavənd körpüsünə çatanda idarə etdiyim tank minaya düşdü. Tank komandirim şəhid oldu. Məni tankın içindən ağır yaralı halda çıxarmışdılar. Gözlərimi “Semaşko” xəstəxanasında açdım. Mən indi gördüyünüz bu hala düşmüşdüm. Yanmışdım, həm də bir ayağımı yarıdan itirmişdim.

Yarım ayaqla…
– Döyüş yoluna nöqtə qoyuldu?
– Yox, xəstəxanadan tam sağalmamış qaçıb, gecə saat birdə yenidən qatara minərək öz batalyonuma getdim. Artıq tankları görəndə qorxurdum, ona görə də məni kəşfiyyat rotasına göndərdilər. Elə o gündən də orada qulluq etməyə başladım. 1992-ci ildə on iki nəfər döyüşçü dostumla birlikdə minaya düşdüm. Ermənilər bizim bir qırıcı təyyarəmizi vurmuşdular. Təyyarəçilərimizin sağ olduğunu bilirdik. Onları düşdükləri yerdən çıxarmağa gedirdik. Qazançı istiqamətində, neytral zonadaydılar. Amma biz dediyim kimi, ora çata bilmədik, minaya düşdük. Ayaqlarımı mina apardı. Azyaşlıydım deyə, ermənilərin əlinə düşsəydim mənə çox ağır işgəncələr verəcəkdilər, onun üçun də məni oradan çıxartdılar. Yenidən hospitala yerləşdirildim. Yenə də tam sağalmamış batalyona döndüm.
Onu ancaq səndələrindən tanıya bildik…
– Sevil xanım, mühasirəyə düşmüsüz, ağır döyüşlərdə iştirak etmisiz. Nə qədər dəhşətli xatirələriniz var…

 

– Əlbəttə, dəfələrlə mühasirəyə düşmüşəm. Bir gün Qazançı istiqamətində ən dəhşətli döyüşümüz oldu. Rəhmətlik Allahverdi Bağırov da bizimlə idi. Mühasirəyə düşdük. Amma çıxa bildik. Cəbhə xəttini yara-yara irəliləyirdik. Yolda gördük ki, qarşımızda meyitlər var. Biri xırıldayırdı. Tam yaxınlaşdıqda gördük ki, tamam tanınmaz haldadırlar. Qəhrəman Allahverdi Bağırovu ancaq sənədlərindən tanıya bildik. Bir döyüşçümüz də can verirdi, ona yardım etsək də, qollarımızda şəhid oldu. İrəlidə daha on nəfər yaralımız vardı. Yaralılardan biri qışqırıb inildəyirdi. Onun başından tutub qaldırmaq, su içirmək istədim. Əlim yarıyacan onun beyninin içinə girdi. Bu, dəhşətli vəziyyət idi. O vaxtdan məndə travma qaldı.

 

İndilər Ağdamda N saylı hərbi hissədə xidmət edən Xan adlı komandirimiz vardı. Bağbanlar istiqamətində mühasirəyə düşdülər. Həm də yaralı idilər. Beş nəfər qalmışdılar. Biz onları götürməli idik. Qamışlığa girdik. Hərə bir tərəfə bölündü. Məni ortaya saldılar ki, nəsə olsa, məni qoruya bilsinlər. Anidən bir səs eşitdim. Qabağımda bir yaralı döyüşçümüz vardı. Onu snayperlə vurmuşdular. Çənəsi yarıdan qopub sallanmışdı, dili sinəsinə çatırdı. Bu döyüşçü ağdamlı Şamil idi. Şükür ki ölmədi, indi də yaşayır. Əvvəl onu tanımadım, elə bildim ermənidir, vurmaq istədim. Amma gözlərindən hiss etdim ki, bu bizim Şamildir. Bu, dəhşətli anlar idi. Onu qucaqlamaq, qaldırmaq istədim, amma gücüm çatmadı. Çünki mən balaca bir qızdım, o isə iri gövdəli cəngavər. Qaldırmaq istəyəndə üstümə yıxıldı, qaldım bu qamışlıqda onun altında. Qanı ağzımın içinə qədər töküldü. Özümü itirmədim, altından çıxıb, onu aparmağa çalışsam da, yarı yola qədər ancaq gətirdim. Onu sürüməkdən dizlərimin qanı tökülürdü. Çətin olsa da, onu təhvil verdim. Bu gün də mənə deyir ki, həyatımı sən qurtarmısan.

 

Qorxu…

 

– Olubmu ki, döyüşün vahiməsindən yaralılarımızı, meyitlərimizi qoyub qaçasız, özünüzlə apara bilməyəsiz?

 

– Bəli, etiraf edirəm ki, belə hal olub. Lakin bu bizim istəyimizin xaricində baş verib. Məsələn, Fərrux dağında çox itki verəndə orada yaralılarımızı, meyitlərimizi qoyub qaçmışıq. Heç cür imkan olmadı ki, onları qaçıraq. Cəmi altı nəfər sağ qalmışdıq. Mən çiynimdən yaralanmışdım. Ermənilərlə üz-üzə gəlmişdik. Yaralılarımız bağıra-bağıra qaldılar. Gecə saat 1-də ora döndük, kimsə yox idi. Ermənilər onları aparmışdılar. Bir nəfərin isə başını kəsib sinəsinə qoymuşdular.

Kişilərin arasında
– Gənc idiniz, gözəl idiniz, bu qədər bəyin arasında döyüşmək çətin deyildi ki?
– Bilirsiz, başqa batalyonları bilmirəm, amma bizim batalyonda mən çoxlarının qan bacısı idim. Mənə sırf döyşçü kimi baxırdılar. Mən onların qızları, bacıları yaşda idim. Biz yanaşı yataqlarda yatırdıq, Allah onlardan razı olsun. İndi də onlarla fəxr edirəm.
– O vaxt döyüşməyinizə ailəniz, ətrafınız necə münasibət sərgiləyirdi?
– Bu sual lap ürəyimdən oldu. Yaxşı sualdır. Bəli, mən təbii ki, döyüşə evdən qaçıb getmişdim. Ailəm bunu isdəmirdi. İki dəfə ağır yaralansam da, yenə onlara qulaq asmadan dönmüşdüm döyüşlərə. Birinci dəfə yenicə evdən qaçıb orduya gələndə komandirim məni çağırdı ki, ailən gəlib yanına. Otağa yaxınlaşdım, içəri girəndə qardaşım istədi ki, üstümə yeriyib məni vursun. Komandirim rəhmətlik Şirin Mirzəyev onun sinəsindən vurdu, geri itələdi və ona dedi ki, çəkil kənara, ixtiyarın yoxdur burada ona əl qaldırasan. Bundan sonra onu heç kim buradan apara, ona toxuna bilməz. Əslində bacın yox, sən burda döyüşməli idin. Amma qardaşım sovetlər vaxtı əsgərlikdə əlil olmuşdu. Onun üçün döyüşə bilmirdi. Orada atam mənə dedi ki, artıq biz səni övladlıqdan sildik. Sən adlı qızımız yoxdur. Amma buna baxmayaraq, mən hər yaralananda gözümü açıb gördüm ki, anam başımın üstündə dayanıb və üzü cırıq-cırıq, qan içindədir. Bu gün anamın gözləri mənimçün ağlamaqdan kordur.
Son sözlər
– Sizə son sözünü etibar eləyənlər olubmu?
– Olub. Özümə çox yaxın bildiyim döyüşçü dostum Şamil vardı. Döyüşlərdən qayıdandan sonra onlara gedirdik. Anası bizə süfrə açırdı. Yeyib-içib, üstümüzü yuyub-təmizləyib hərbi hissəyə dönürdük. Bir gün Şelli istiqamətində ağır döyüş gedirdi. Təpənin arxasında gizlənmişdik. Sən demə, ermənilər bizi görüblər. Onlar bizi top atəşinə tutdular. Mərmilərdən biri yanımıza düşdü. Doqquz nəfər idik. Oranı tərk etmək əmrini aldıq. Yerimizi dəyişəndə gördük ki, iki nəfərimiz əskikdir. Geri döndük. Əsgərlərimizin ikisi də yaralanmışdı. Şamilin qolunun altından qəlpə tutmuşdu. Güclü qanaxması vardı. Xanın boğazından mərmi qəlpəsi girib boynundan çıxmışdı. Xan qışqırdı ki, mən elə də agır deyiləm, Şamili götürün gedin. Ermənilər də bizə çox yaxınlaşmısdılar. Şamili götürmək mümkün deyildi, ermənilər başımızı qaldırmağa qoymurdu. Onlar atırdılar, mən isə Şamilin ayaqlarından tutub sürüyürdüm. Şamil mənə dedi ki, məni buraxın, onsuz da ölürəm, gedin. Amma son sözü bu oldu ki, məni unutmayın, sizi sevirəm. Biz Şamili evinə aparanda mən xanım oldugum üçün məni qabaga saldılar ki, anası aqressivlik etməsin. Darvazadan başımı içəri salanda anası samovar qaynadırdı. Mənə dedi ki, bəs Şamil hanı? Sən niyə tək gəlibsən? Yeməyiniz hazırdır, çayınızı da gətirirəm. Mən isə donub qalmışdım, danışa bilmirdim. Xanım mənə tərəf gəldi, artıq dayana bilməyib, hönkürtü ilə ağladım. Mənə yenə qayıtdı ki, niyə Şamilsiz gəlmisiz? Sonra da başladı mənim qabagımda oynamaga. O nə oynamaq idi, ilahi! Mən belə oynamaq görməmişdim. Şamilin anası yarım saat qabağımda oynadı. Bu, dəhşət idi. Qarşısında diz çökdüm. Bilirsiz, gərək biz bu qan yaddaşımızı unutmayaq…
Daha sonra bir dəfə də döyüşdə minaya düşdük. Gözümün önündə bir uşağın ayağı qopdu. Toyuğu kəsdikdən sonra onun başının atılıb-düşdüyünü görmümsüz də, baxın, o uşaqın ayağı bir neçə dəqiqə addımlamağa başladı. Sanki can verirmiş kimi, iki dəfə atılıb-düşüb dayandı. Oğlanın adı Davud idi. Heç səsini də çıxarmadı. Ayağını görməsin deyə, sinəsinə çökdüm. Amma o mənə nə desə yaxşıdı: “Sevil, onsuz da bilirəm, ayağım getdi”.
General…
– Ən ağır, dəhşətli döyüşlər hansı istiqamətlərdə gedirdi?
– Ağdam rayonu istiqamətində bir silah belə atılmadan rayon düşmənə verilib. Amma ən dəhşətli döyüşlər Fərrux yolunda, Qazançı, Sarıqaznağ istiqamətində gedirdi. Məncə, orda oyunlar oynanıldı, ortada hədər yerə əsgərlərimiz qırıldı. Müharibədən qayıtdıqdan sonra məni Naxçıvanski adına hərbi məktəbə göndərdilər. Arxivdə olar yəqin, mərhum Heydər Əliyev bizimlə görüşə gəlmişdi. Orada mənə bütün generalların qabağında dedi ki, sən gələcəyin generalı olmalısan. Sonra oradan da məni Türkiyədəki Quru Hərb qoşunları məktəbinə yolladı. Oraya getdim, amma orda da oxuya bilmədim. Səbəb isə orada milliyətcə erməni olan kursant xanımı döyməyim oldu. Millətimizi təhqir etdiyinə görə…
– Sevil xanım, bugünkü gənclərimizə sözünüz?
– Bu gün gənclərimizə deyirəm ki, qorxmayın, Vətənə sədaqətlə qulluq edin. Qeyrətli olun. Bu gün döyüş əmri verilsə, mən də onlarla döyüşməyə hazıram.
P.S. Sevil xanımla görüşümüzü 5 saylı xəstəxanayla yanaşı olan “Ruslan” kafesinə təyin etmişdik. Hava soyuq idi, bayırda oturmaq mümkünsüzdü. Oradakı otaqlardan birində çay içib söhbət etmək istədiyimizi kafe işçilərinə bildirdik. İzn vermədilər. Otaqlara ancaq yeyib-içəcəyimiz halda buraxılacağımızı bildirdilər. Sevil xanım dəliyə döndü. Onlara kim olduğunu dedi. Xeyri olmadı və biz söhbətimizi ayrı yerdə edəsi olduq. “Gör kiminçün canımızı vermişik də?.. Erməniylə baş etməyə nə var ki, çətini bunlardı…” – Sevil xanım özündə-sözündə deyildi…

 

Previous Post

Bu gecə qəzada ölən qazinin son müsahibəsi – Video –

Next Post

Parlamentdə Müstəqillik günü çağırışları – reportaj

Bənzər yazılar

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58

İyunun 4-də Günəş aktivliyi yüksək olacaq. Geomaqnit qasırğası olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə,...

İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat...

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18

Bu ilin may ayında Azərbaycandakı internet trafikinin 92,14 %-i insanların payına düşüb. Elchi.az -ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə,...

Next Post

Parlamentdə Müstəqillik günü çağırışları - reportaj

Parlamentdə Müstəqillik günü çağırışları - reportaj

Son xəbərlər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.