Bu gündən respublikanın dağlıq və dağ ətəyi əraziləri hesab edilən Şuşa, Şabran, Xaçmaz, Quba, Qusar və Lerikdə istiliyin verilməsinə başlanılıb.
Bu barədə Elchi.az-a “Azəristiliktəchizat” ASC-dən bildirilib.
Bu ərazilərdə ümumilikdə 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub.
Bakı şəhəri və respublikanın regionlarında olan digər 538 qazanxana və 87 istilik məntəqəsi isə 15 noyabr tarixindən işə qoşulacaq.
“Azəristiliktəchizat” ASC xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixləri bu sahədə mövcud olan Tikinti Norma və Qaydaları əsas götürülməklə xarici havanın temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr – 1 may, digər ərazilərdə isə 15 noyabr – 15 aprel tarixinə kimi nəzərdə tutulur.
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş...





















Son şərhlər