Bryansk vilayətinin səmasında hava hücumundan müdafiə sistemləri daha iki pilotsuz təyyarəni vurub.
Elchi.az xəbər verir ki, bu barədə Rusiyanın Ukrayna ilə həmsərhəd vilayətinin qubernatoru öz Telegram kanalında məlumat verib.
Suraj rayonu üzərində təyyarə tipli pilotsuz uçuş aparatları vurulub. Xəsarət alan olmadığını və dağıntıların olmadığını deyən rayon rəhbəri hadisə yerində təcili tibbi yardım briqadalarının işlədiyini bildirib.
Bazar günü, sentyabrın 24-ü axşam saatlarında hava hücumundan müdafiə sistemləri Bryansk vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatını vurub . Müdafiə Nazirliyi hadisəni terror aktı cəhdi adlandırıb, Boqomaz da öz növbəsində dəqiqləşdirib ki, itki və dağıntı yoxdur, qəza və əməliyyat xidmətləri hadisə yerində işləyir.
2022-ci ilin oktyabrında Rusiyanın səkkiz regionunda , o cümlədən Bryansk vilayətində orta səviyyəli cavab tədbirləri tətbiq olundu. Bu, xüsusilə, ictimai asayişin mühafizəsinin gücləndirilməsini və enerji obyektlərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsini nəzərdə tutur.
Nuranə Məmmədova