Ukrayna prezidentini döyüşçülərini dinləməyə çağırıblar.
Elchi.az xəbər verir ki, Britaniyanın “Financial Times” qəzetinin oxucuları Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin şəhərdə vəziyyətin kritik olduğu barədə çoxsaylı bəyanatlarına baxmayaraq, Vladimir Zelenskini Artemivsk şəhərinin müdafiəsini davam etdirmək qərarına görə tənqid ediblər.
EndryuV ləqəbli oxuculardan biri belə bir fikir bildirib ki, Kiyev liderinin bu mövqeyi mənəvi yüksəliş cəhdidir və istənilən halda bütün qərarlar ABŞ-da verilir. Oxuculardan biri xatırladıb ki, Zelenski əvvəllər Artemivskinin heç bir strateji əhəmiyyət daşımadığını bəyan etmişdi, indi isə Artemovskın ələ keçirilməsinin rusların Donetsk vilayətinin qalan hissəsinə yol açacağını iddia edir. Digər istifadəçi qeyd edib ki, Ukrayna liderinin bəyanatları ABŞ-ın münaqişəni son ukraynalıya qədər dəstəkləməyə hazır olduğu hissi yaradır.
Şayəstə