Azad ticarət sazişlərinin Böyük Britaniyanın Avstraliya ilə ikitərəfli ticarətini 53 faiz, Yeni Zelandiya ilə isə 59 faiz artıracağı proqnozlaşdırılır
Elchi.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Britaniyanın Brexit-dən sonra ilk azad ticarət sazişləri bu gün qüvvəyə minir.
Britaniya hökumətinin bəyanatına görə, Avstraliya və Yeni Zelandiya ilə azad ticarət müqavilələri bu gecədən qüvvəyə minəcək.
İngiltərənin Brexit sonrası ilk sərbəst ticarət razılaşması olan müqavilələr çərçivəsində sözügedən ölkələrə ixrac edilən bütün mallara gömrük rüsumları qaldırılacaq.
Sövdələşmələrin ölkələr arasında rəqəmsal ticarəti artırması, eyni zamanda Böyük Britaniya istehlakçıları üçün daha rəqabətli qiymətlər yaratması gözlənilir.
Böyük Britaniyanın Beynəlxalq Ticarət üzrə Dövlət Katibi Kemi Badenok “bu günün tarixi bir an olduğunu” ifadə edərək, ölkə daxilindəki müəssisələrin bu imkanlardan faydalanacağını və sövdələşmələrin iqtisadi artıma töhfə verəcəyini bildirib.
Nuranə Məmmədova