Böyük Britaniyanın “The Guardian” qəzeti hökumətdəki mənbələrə istinadən yazır ki, 24 britaniyalı dövlət qulluqçusu Böyük Britaniya baş naziri Rişi Sunakın müavini, Ədliyyə naziri Dominik Raabın aqressiv davranışlarından şikayətlənirlər.
Elchi.az xəbər verir ki, şikayətçilərin məlumatlarına görə, müraciət edənlərin ümumi sayı 30-dan çox ola bilər.
“Dominik Raaba qarşı aparılan istintaq ilkin ehtimal olunduğundan çox böyükdür. Ən azı 24 dövlət qulluqçusu ona qarşı rəsmi şikayətlər verib”, – deyə məlumatda bildirilir.
Mənbə qedy edib ki, istintaqın miqyası və bir sıra ittihamların ciddiliyi Raabın vəzifəsini qoruyub saxlamasının çətin olacağından xəbər verir.
Qəzetin yazdığına görə, şikayətçilərdən bəziləri ifadələrində bildiriblər ki, şikayətçilər Raabın davranışı ucbatından özlərini fiziki cəhətdən pis hiss edib və ağlayıblar. Üstəlik, Raab onlardan birinin intihar barədə düşünməsinə səbəb olub.
Yeganə