“Ukrayna silahlı qüvvələrinin əks-hücumunda uğur əldə olunmasa, Qərb Kiyevə kömək etmək istəyini itirəcək, Ukrayna prezidenti Volodimir Zelenski isə son dərəcə çətin vəziyyətdə qalacaq”.
Elchi.az Mk.ru-ya istinadən bildirir ki, bu fikirləri britaniyalı hərbi ekspert Şon Bell “Sky News”-a (Sky.com) müsahibəsində bildirib
Analitikin fikrincə, əks-hücum əməliyyatı üçün daha yaxşı şərait təsəvvür etmək mümkün deyil, çünki Ukrayna tərəfi hazırda Qərbdən silah, təlim və pul alır.
“Lakin bütün bu dəstəklə Ukrayna yayın sonuna qədər uğur qazana bilməsə, çox güman ki, Qərbin Ukraynaya inamı xeyli sarsılacaq. Bu, ölkəni çətin vəziyyətə salacaq”, – deyə Bell bildirib.
Onun fikrincə, Ukraynanın gələcəyi də ABŞ-da keçiriləcək prezident seçkilərindən asılıdır. Donald Tramp qalib gəlsə, Kiyevə dəstək ciddi şəkildə azala bilər. Mütəxəssisin sözlərinə görə, bu günə kimi ABŞ-ın yardımı digər dövlətlərin dəstəyindən on dəfə çoxdur.
Bell bildirib ki, Vaşinqtonun köməyi Ukrayna üçün çox vacibdir:
“Hadisələrin inkişafı üçün əlverişsiz ssenaridə Zelenski itirilmiş əraziləri geri ala bilməyəcək”, – deyə Bell fikirlərini yekunlaşdırıb.
Yeganə