Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Tərtərin Tapqaraqoyunlu kəndi ərazisində 3 nəfərin tank əleyhinə minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib.
Elchi.az xəbər verir ki, səfir bu barədə Tvitter hesabında paylaşım edib.
“Tərtər rayonu ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin həlak olması xəbəri məni çox üzdü. Ölənlərin yaxınlarına baş sağlığı verirəm”, – F.Auld yazıb.
Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub
Yeraltı piyada keçidi bir neçə metr yaxınlığında idi, lakin onun yalnış seçim etməsi faciə ilə nəticələnib. Daxili İşlər Nazirliyi Nəqliyyatı...





















Son şərhlər