Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli qeyd edib ki, Britaniya Ukrayna münaqişəsinə görə, Rusiya əleyhinə tribunal yaratmaq istəyən bir qrup dövlətə qoşulur.
Elchi.az xarici mediaya istinadən bildirir ki, nazirin bəyanatı Britaniya hökumətinin saytında dərc olunub.
“Böyük Britaniya digər beynəlxalq tərəfdaşları ilə birlikdə Rusiyanın Ukraynaya təcavüzünə görə cavabdehlik daşımasında aparıcı rol oynayacaq”,-deyə bəyanatda yazılıb.
Kleverlinin sözlərinə görə, istintaqa Beynəlxalq Cinayət Məhkəməsi və Ukrayna məhkəməsinin cəlb edilməsi planlaşdırılır.
Dünən Avropa Parlamenti Ukrayna məsələsi və kompensasiya üçün Rusiya aktivlərindən istifadə ilə bağlı xüsusi tribunal yaradılmasını tələb edən qətnamə qəbul edib. Rusiyanın Avropa İttifaqındakı (Aİ) daimi nümayəndəliyi bəyan edib ki, Aİ digər ölkələrin liderlərini təqib etmək hüququna malik deyil.
Yeganə