Rusiya Ukraynanın bir sıra iri şəhərlərini, o cümlədən Xarkov, Çerniqov və Mariupolun mühasirəsini davam etdirir.
Elchi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya qüvvələri genişmiqyaslı şəhər döyüşlərindən iştirak etməkdən çəkinir, əksinə, Ukraynanın müdafiə qüvvələrini ruhdan salmaq üçün mülki infrastrukturlara fərq qoymadan hava və artilleriya zərbələrindən istifadə etməyə üstünlük verir.
“Çox güman ki, Rusiya şəhər ərazilərində ağır atəş gücündən istifadə etməyə davam edəcək. Bununla o daha çox mülki insanın ölümü bahasına özünün çoxsaylı itkilərini məhdudlaşdırmaq istəyir”, məlumatda qeyd olunub.
Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik
Kreml Fransanın nüvə başlığı daşıya bilən ballistik raket sınağını Rusiya ilə qarşıdurmaya əsaslanan və dalana dirənən bir strategiya kimi qiymətləndirib....





















Son şərhlər