Biz bu yaxınlarda Ermənistan və Azərbaycan arasında baş verən bütün müsbət addımları çox yüksək qiymətləndiririk
Elchi.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp jurnalistlərə açıqlamasında deyib.
“Xüsusilə Avropa İttifaqı tərəfindən dəstəklənən bu addımları, istər sülh müqaviləsi istiqamətində addımlar, istərsə də sərhədlərin delimitasiyası məsələsi və kommunikasiyaların açılması istiqamətində bütün məsələlərin birbaşa müzakirəsin və Brüsselə səfərlər nəticəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndiririk. Baş verənləri müsbət addım hesab edirik”, – britaniyalı diplomat qeyd edib.