Xərclər təxminən 5% azalıb.
Elchi.az xəbər verir ki, Londonun ICE birjasında 2023-cü ilin may ayında çatdırılacaq Brent markalı neftin fyuçerslərinin qiyməti 2023-cü il yanvarın 10-dan bəri ilk dəfə bir barel üçün 79 dollardan aşağı düşüb.
Ümumilikdə dünya bazarında neftin dəyəri əvvəlki ticarətin sonu ilə müqayisədə təxminən 5% ucuzlaşıb.
Birjanın Moskva vaxtı ilə saat 15:09-a olan məlumatına görə, Brent markalı neftin dəyəri 4,75% azalaraq 78,85 dollar/barelə düşüb. Saat 15:12-də Brent 4,81% dəyər itirərək bir barel üçün 78,8 dollara düşüb.
Şayəstə