Cinayət təşkilatı ilə əlaqəsi olan iki məhbus Braziliyada “yüksək təhlükəsizlik federal həbsxanasından” qaçıb.
Elchi.az xəbər verir ki, Rio Grande do Norte əyalətinin Mossoro şəhərindəki həbsxanadan verilən açıqlamada, qaçan məhbusların Rogerio da Silva Mendonça və Deibson Cabral Nascimento olduğu bildirilib.
Açıqlamada, ölkədə fəaliyyət göstərən böyük cinayət təşkilatı ilə əlaqəsi olduğu bildirilən iki qaçaq, onun 2023-cü ilin sentyabrında Akko əyalətində qaldıqları həbsxanada baş verən iğtişaşdan sonra Mossoroya köçürüldüyü qeyd edilib.
Levandovski həbsxana müdirinin işdən çıxarıldığını bildirib.
Qaçaqların həbsxanada davam edən təmirdən istifadə edərək qaçmış ola biləcəyinin düşünüldüyünü ifadə edən Levandovski, həbsxanaların nəzarət altında olduğunu və narahatlığa ehtiyac olmadığını bildirib.
Hadisə ilə bağlı istintaq başladıldığını qeyd edən Levandovski, polisin qaçanların həbsxana yaxınlığındakı meşədə gizləndiyini düşündüyünü bildirib.
Bu hadisə Braziliyadakı beş yüksək təhlükəsizlik federal həbsxanasından birindən ilk qaçış idi.
Şayəstə Hüseynova