Braziliya hakimiyyəti Ukraynadakı mövcud vəziyyəti yalnız güc yolu ilə həll etməyi qeyri-mümkün hesab edir. Elchi.az xəbər verir ki, bu barədə ölkə prezidenti Luiz İnasio Lula da Silva Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə birgə mətbuat konfransında çıxışı zamanı danışıb.
Lula da Silva münaqişənin həllinə seçmə yanaşmanın yolverilməzliyini vurğulayaraq:” Bu münaqişənin hərbi yolla həlli yoxdur” deyə qeyd edib.
Havar Şəfiyeva