Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Maryana Spolyariç Eqqer bu həftə Rusiyanın paytaxtı Moskvaya iki günlük səfər edəcək.
Elchi.az xəbər verir ki, bu barədə təşkilatın Rusiyadakı nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, Rusiya hakimiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyəti ilə aktual humanitar problemləri müzakirə edəcək.
Xatırladaq ki, bu, BQXK-nin yeni prezidentinin Rusiyaya ilk səfəri olacaq.(report)