ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, böyük hərbi münaqişəyə qarışacağı təqdirdə NATO-nun Vaşinqtona yardım etməyəcəyinə inanır.
Elchi.az xəbəe verir ki, o, bu barədə “Salem News”-a müsahibəsində deyib.
“Əgər biz böyük münaqişə və ya daha böyük bir münaqişədə olmalıyıqsa, NATO bizimlə olacağını düşünmürəm”,-deyə Tramp qeyd edib.
Çinə qarşıdakı səfərini xatırladan Tramp Pekinlə yaxşı münasibətlərə üstünlük verdiyinə aydınlıq gətirib:
“Bizim çox güclü əlaqələrimiz var və mən hesab edirəm ki, Çinlə döyüşməkdənsə, Çinlə anlaşmaq daha yaxşıdır və onlar da eyni hissləri keçirirlər”, – ABŞ prezidenti deyib.
Yeganə





















