"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

Böyük Müəllim və Dövlət Adamı: Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir

20 Sentyabr 2018 - 21:27
in SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Bunu da oxuyun

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

  Böyük Müəllim və Dövlət Adamı: Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir

Bu gün Azərbaycanın mərhum siyasi-ictimai xadimi, Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir.
Murtuz Ələsgərov 20 sentyabr 1928-ci ildə Gəncə şəhərində anadan olub, orta məktəbi başa vurduqdan sonra, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində dərs deyib. O, müxtəlif illərdə baş müəllim, dosent, professor və kafedra müdiri, 1993–1996-cı illərdə isə universitetin rektoru işləyib.

Murtuz Ələsgərov I, II və III çağırış Milli Məclisinin deputatı, 1996-cı və 2000-ci illərdə isə sədri seçilib. 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri olub.

O, fəaliyyəti dövründə Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmizdə parlament ənənələrinin təşəkkül tapmasına mühüm töhfələr verib. M.Ələsgərovun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında müstəsna xidmətləri olub.

Mərhum Murtuz Ələsgərovun sədrliyi dövründə parlamentdə təmsil olunan deputatlar onunla bağlı xatirələrini AzVision.az-la bölüşüblər.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Murtuz Ələsgərovun müasir Azərbaycanın qurulmasında böyük xidmətlər göstərdiyini deyib.

“1992-ci ilin 21 noyabrında Naxçıvanda Ulu Öndər Heydər Əliyevin yanında Yeni Azərbaycan Partiyasının yaradılmasında, ilk konfransın keçirilməsində Murtuz müəllimin xüsusi xidmətləri olub. O zaman biz Heydər Əliyevə partiyanın yaradılmasını təklif edirdik. Murtuz Ələsgərovun Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsində, YAP-ın yaradılmasında xüsusi xidmətləri var”.

E.İbrahimov qeyd edib ki, Murtuz Ələsgərov Sovet dövründə siyasi icmalçı kimi çıxışlar edib və dünya siyasətindən yaxından xəbərdar olub. “Onun xarici səfərlərində iştirak edirdim. Çox hazırcavab insan idi. Rusiya Dövlət Dumasının sədri Boris Qrızlova cavabları da bu sıradandır. Murtuz müəllimə hər zaman böyük hörmətlə yanaşılırdı. Onun savadı, intellekti yüksək səviyyədə idi.

Onun xatirəsi mənim üçün hər zaman əzizdir. Murtuz müəllimlə dost, yaxın yoldaş olmuşuq. İnsanpərvər, səmimi, mehriban, sadə şəxs idi. Bizdə belə deyirlər, “uşaqla uşaq idi, böyüklə böyük”. Onun xatirəsi mənim üçün əzizdir. 90 illiyi ilə əlaqədar yazılarım var, çapa verəcəyəm. Hazırda onun haqqında kitab hazırlanır və orada yazılar verəcəyik.

Murtuz müəllim tarixi bir gündə dünyaya gəlib, özü də tarixi şəxsiyyətdir. Bundan əlavə, gözəl ailə başçısı olub, onun övladları da Murtuz müəllimin adına layiq, dövlətçilik uğrunda xidmətləri olan insanlardır”.

Deputat Elman Məmmədov eks-spiker Murtuz Ələsgərovu humanist, dəyərli insan, görkəmli siyasətçi kimi xatırlayır:

“O, Milli Məclisin dəyərli sədri kimi yadıma qalıb. Həmçinin Azərbaycan hüquq elmində sözünü demiş alim idi. Murtuz Ələsgərov görkəmli siyasətçi, sədaqətli insan idi. O, Heydər Əliyevə ən sadiq adamlardan biri olub. Muruz Ələsgərovun Azərbaycan dövlətçiliyinin qurulmasında, inkişafında böyük xidmətləri var. Milli Məclisə rəhbərlik etdiyi dövrdə parlament yüksək səviyyəli fəaliyyətilə seçilirdi. Beynəlxalq əlaqələrin inkişafında, qanunların qəbul olunmasında, dəyişikliklərin edilməsində onun xidmətləri unudulmazdır.

Murtuz müəllim özünəməxsus yumoru olan, insanlara münasibətdə çox səmimi şəxsiyyət idi. Onun həm də yaxşı yol yoldaşlığı var idi. Murtuz müəllimlə bir neçə dəfə səfərdə olmuşuq. Həmin səfərlər mənim xatirimdən heç vaxt çıxmaz. Onun xatirəsi mənim üçün hər zaman əzizdir”.

Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə isə bildirib ki, Murtuz Ələsgərov deputatlar üçün sözün əsl mənasında müəllim olub:

“Murtuz müəllim işinə çox məsuliyyətlə yanaşırdı. İclasları aparmaqda, deputatlarla rəftarında hamıya nümunə idi. Murtuz müəllim açıq qəlbli insan olub, deputatlara həmişə yaxın münasibət saxlayıb. Bununla bərabər, prinsipial insan idi. Kiminsə nöqsanı olur və ya özünü düzgün aparmırdırsa, bunu üzünə deyirdi. Amma bütövlükdə Murtuz müəllimin parlamentdə böyük nüfuzu var idi”.

A.Rəhimzadə eks-spikeri 90-ci illərdən tanıdığını vurğulayıb: “Xalq cəbhəsinin dövründə fəal siyasətçi idi. 90-ci illərdə prezident vəzifəsinə seçilmək üçün yaş senzi qoyulmuşdu. Belə ki, yaşı çox olan insan seçimdə iştirak edə bilməzdi. O zaman cəmiyyət bunu qəbul etmirdi. Həmin yaş senzinin aradan götürülməsində, o dövrdəki siyasi məsələlərdə Murtuz Ələsgərovun xüsusi xidmətləri olub. Mən onunla həmin dövrlərdə tanış olmuşam. Murtuz müəllim ziyalı dövlət xadimi idi. Arzu edərdim ki, belə insanlar çox olsun. Onun gördüyü işlər və özü insanların yaddaşında hər zaman qalır və qalacaq”.

Vaxtilə Bakı Dövlət Universitetinin prorektoru və Milli Məclisdə komitə sədri olan Şahlar Əsgərovun sözlərinə görə, Murtuz Ələsgərov Azərbaycanın ən görkəmli, ictimai-siyasi xadimlərindən biri kimi tarixə düşüb.

“O, uzun müddət Milli Məclisə sədrlik edib. Yeni Azərbaycan Partiyasının yaradıcılarından və əsasnaməsini yazanlardan biri olub. Murtuz Ələsgərov Heydər Əliyevin ən yaxın silahdaşlarından olub. Eyni zamanda, Murtuz müəllim Azərbaycan dövlətinin qanunvericilik bazasının yaradıcılarından biri idi. Murtuz müəllimi Milli Məclisdən qabaq hələ Bakı Dövlət Universitetində müəllim işlədiyim dövrlərdən tanıyıram. Bakı Dövlət Universitetinin rektoru olub. Orada da özünü yaxşı təşkilatçı və elm adamı, ədalətli rektor kimi göstərirdi.

Mənimlə fərdi söhbətlərin birində dedi ki, “6 prorektorumuz olacaq və istəyirəm, onların hərəsi bir bölgədən olsun. Yəni elə olmasın ki, bir bölgədən iki prorektor olsun”. Onun bu addımı Heydər Əliyevin də xoşuna gəlmişdi.

Ədalətli insan idi. Kəsilən tələbələrə çox həlim yanaşırdı. İclaslarda həmişə deyirdi ki, “Məcburi köçkünü nə pula, nə də qiymətə görə universitetdən çıxarmaq olar. Şərait yaradın, uşaqlar oxusun və kursdan kursa keçsinlər”. Bunu rektorlarda çox nadir hallarda görmüşəm. Murtuz müəllimlə xarici səfərlərdə də olmuşam. Mehriban,qayğıkeş insan idi. Onun dövründə prorektor işləmişəm, həm də parlamentin sədri olduğu dövrdə komitə sədri olmuşam”.

Previous Post

Böyük Müəllim və Dövlət Adamı: Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir

Next Post

Telman İsmayılovun bacısı oğlu həbs edildi

Bənzər yazılar

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

25 Fevral 2026 - 20:17

Audiovizual Şura "Tarixin bir günü", "Elgizlə izlə" və s. televiziya proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə...

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

13 Fevral 2026 - 23:40

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq...

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Fevral 2026 - 23:17

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin...

Next Post
Telman İsmayılovun bacısı oğlu həbs edildi

Telman İsmayılovun bacısı oğlu həbs edildi

Telman İsmayılovun bacısı oğlu həbs edildi

Telman İsmayılovun bacısı oğlu həbs edildi

Son xəbərlər

Aİ xəbərdarlıq etdi: Yanğınlar bütün Avropanı bürüyə bilər

Aİ xəbərdarlıq etdi: Yanğınlar bütün Avropanı bürüyə bilər

31 İyul 2026 - 18:20
Sosial məzuniyyət kimlərə şamil edilir?

Sosial məzuniyyət kimlərə şamil edilir?

31 İyul 2026 - 17:48
Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub – FOTO

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub – FOTO

31 İyul 2026 - 17:48
Azərbaycan vətəndaşı Kiprdə İrana casusluq ittihamı ilə tutulub: Avropa Tehrandan gələn təhlükənin real olduğunu anlamalıdır – TƏHLİL

Azərbaycan vətəndaşı Kiprdə İrana casusluq ittihamı ilə tutulub: Avropa Tehrandan gələn təhlükənin real olduğunu anlamalıdır – TƏHLİL

31 İyul 2026 - 17:46
Polşa XİN ölkənin cənub-şərqində düşən obyektə görə Rusiya səfirini çağırıb

Polşa XİN ölkənin cənub-şərqində düşən obyektə görə Rusiya səfirini çağırıb

31 İyul 2026 - 17:36
Bu ay Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib

Bu ay Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib

31 İyul 2026 - 17:24
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

31 İyul 2026 - 17:15
Polşa qırıcıları Baltik üzərində Rusiya təyyarəsinə görə havaya qalxıb

Polşa qırıcıları Baltik üzərində Rusiya təyyarəsinə görə havaya qalxıb

31 İyul 2026 - 17:09
Aİ-nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Aİ-nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

31 İyul 2026 - 16:57
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi

31 İyul 2026 - 16:45
Xəzər rayonunda 45 kq narkotik aşkarlanıb

Xəzər rayonunda 45 kq narkotik aşkarlanıb

31 İyul 2026 - 16:37
DİM magistratura üzrə plan yerlərinin boş qalmasının səbəbini açıqlayıb, qəbul faizi azalıb

DİM magistratura üzrə plan yerlərinin boş qalmasının səbəbini açıqlayıb, qəbul faizi azalıb

31 İyul 2026 - 16:25
Azərbaycan, Pakistan, Türkiyə və İordaniya xüsusi təyinatlılarının birgə taktiki təlimi olub

Azərbaycan, Pakistan, Türkiyə və İordaniya xüsusi təyinatlılarının birgə taktiki təlimi olub

31 İyul 2026 - 16:11
ABŞ Afrika ölkələrinin səhv yerləşdirildiyi bir xəritə nümayiş etdirdi

ABŞ Afrika ölkələrinin səhv yerləşdirildiyi bir xəritə nümayiş etdirdi

31 İyul 2026 - 16:00
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

31 İyul 2026 - 15:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.