"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Böyük dövlət müəssisələri xərclərini şişirdirlər” – Qüdrət Həsənquliyev

30 Sentyabr 2025 - 17:05
in MANŞET, aktual-banner, Cebhe-banner
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı öz fikirlərini bölüşüb.

Bunu da oxuyun

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Millət vəkili bildirib:

– Müzakirə olunan məsələ ilə bağlı onu qeyd etmək istəyirəm ki, hörmətli həmkarım Razi müəllimdən fərlqi olaraq mən bu dəyişikliyi gözəl hesab etmirəm. Hesab edirəm ki, bu bizim Konstitusiyamıza ziddir, həm də ədalət hissinin pozulmasıdır. Konstitusiyaya ona görə ziddir ki, Konstitusiyamızın “Mülkiyyət hüququ” adlanan 29-cu maddəsində qeyd olunur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mən əminəm ki, həmin sənaye parkındakı Bakı Gəmiqayırma Zavodu özəl bir şirkət olsaydı, bu güzəştlər nəzərdə tutulmayacaqdı. Bakı Gəmiqayırma Zavodu 20 sentyabr 2013-cü ildən fəaliyyətə başlayıb və vergilərdən azad olunub.
İndi daha 6 il də onu vergilərdən, gətirdikləri mallara görə, gömrük rüsumlarından azad edirik.
Vergiləri kim ödəməlidir? Pinəçilər və corab satanlar, yəni kiçik sahibkarlar vergiləri ödəməlidir? Axı büdcənin gəlirlər hissəsi artmalıdır ki, biz bir çox sosial xərcləri qarşılaya bilək, bir çox problemləri həll edə bilək. Arayışda da qeyd olunub, təzad da buradadır: Bakı Gəmiqayırma Zavodu Xəzər regionunda ən böyük sənaye müəssisələrindən biri olmaqla, Azərbaycan dəniz donanmasının müasirləşdirilməsində öz müsbət töhfəsini verməkdədir. Mən internet üzərindən bir araşdırma apardım. Bu illər ərazində ondan artıq yeni gəmi tikilib, 170-dən artıq gəmilər təmir olunub. Yəni bu gəlirlə işləyən bir müəssisədir. Niyə biz bunu vergidən azad etməliyik?
Donanmanın yeniləşdirilməsində iştirak edir, əslində donanma da çox təəssüf ki, dövlət mülkiyyətindədir. Bunlar əgər gəlirlə işləyə bilmirsə, onda biz bunları niyə özəlləşdirmirik? Bunları özəlləşdirsəydik biz heç onları vergidən azad da etməli deyildik.
Bundan başqa, mən əvvəllər də bu məsələni qaldırmışam, vergilərin müəyyənləşdirilməsi və onun həcminin müəyyən olunması birbaşa Milli Məclisin səlahiyyətinə aid olan məsələdir. Məsələn aksiz markaları. Əslində aksiz də verginin bir növqdür. Bəzi aksiz vergisini biz Vergilər Məcəlləsi ilə müəyyənləşdiririk. Bəzilərini müvafiq icra hakimiyyəti orqanına verirdik ki, aksiz dərəcələrini özləri müəyyənləşdirsinlər.
Konstitusiyanın 149-cu maddəsində qeyd olunur ki, normativ hüquqi aktlar haqqa, ədalətə, bərabər mənafelərə, bərabər münasibətə əsaslanmalıdır.
Və Normativ hüquqi aktlar haqqında konstitusiya qanununun 64.8-ci maddəsində qeyd olunur ki, “vəzifəli şəxsin öz mülahizələrindən asılı olaraq, fiziki və hüquqi şəxslərə ümumi qaydalardan istisnalar müəyyənləşdirmək imkanı nəzərə tutula bilməz”. Yəni, Konstitusiya qanununun da tələbidir. Bilirsiniz ki, Konstitusiya qanunu həm də Konstitusiyanın əsas mətni ilə ziddiyyət təşkil etmirsə Konstitusiyanın tərkib hissəsi sayılır.
Ona görə də mən bunun qəti əleyhinəyəm və hesab edirəm ki, biz böyük ədalətsizliyə yol vermiş oluruq ki, kiçik sahibkarlardan, fiziki şəxslərdən vergilər topladığımız halda, bu qədər böyük bir dövlət müəssisəsini vergilərdən yayındırırıq. Ümumiyyətlə, hesab edirəm ki, biz Milli Məclis olaraq hökumət qarşısında məsələ qaldırmalıyıq. Bütün dövlət müəssisələri ödədikləri vergilərin həcmini ilin sonunda açıqlasınlar. Yəni burada bir aşkarlıq olmalıdır. Onda bəlli olacaq ki, böyük dövlət müəssisələri xərclərini şişirdirlər və çox az miqdarda vergi ödəyirlər. Belə olduğu halda həm də o məsələ gündəmə gəlir ki, niyə bu dövlət müəssisələri özəlləşdirməyə çıxarılmır? Mən, qanun layihəsinin əleyhinə səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun…

Previous Post

Prezident Anar İsmayılova general rütbəsi verdi

Next Post

İlham Əliyev daha bir fərman imzaladı

Bənzər yazılar

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2026 - 10:32

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib. Elchi.az açıqlamanı təqdim edir: -...

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin, onun hansı yolla yekunlaşmasından asılı olmayaraq, yaxın vaxtlarda başa çatacağı barədə fikrini bildirib. Elchi.az...

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12

ABŞ-ın vitse-prezidenti Cey Di Vens məxfi dövlət məlumatlarına çıxış imkanından istifadə edərək UNO və fövqəltəbii hadisələr haqqında materialları öyrənmək niyyətindədir....

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb....

Next Post
İlham Əliyev daha bir fərman imzaladı

İlham Əliyev daha bir fərman imzaladı

Parisdə şübhəli ölüm! Cənubi Afrika səfiri ölü tapılıb

Parisdə şübhəli ölüm! Cənubi Afrika səfiri ölü tapılıb

Comments 2

  1. Əfsanə Bəkirova says:
    1 il ago

    Qüdrət müəllim düz deyir, camaatın pulunu niyə belə sovururlar axı? Kimə lazımdı bu güzəştlər? Gərək hamı bərabər vergi versin, elədi? Bu qərar heç xoşuma gəlmədi, belə getsə, camaatın vay halına.

    Reply
  2. Təranə Məmmədova says:
    1 il ago

    Qüdrət müəllim çox düz deyür ha. Bu dvlt işlərini elə bil heç kim yoxlamır. Hamı vergisini verəndə, bu böyüklər də eləsin də. Adamın balası nəsə satıb pul qazanıb vergi verəcək, dövlət müəssisəsi də eləcə güzəştlərlə gəzəcək? Bu necə ədalətdi axı? Yəni bizdə hər şey dövlət üçün, dövlət deyilən də elədir? Yəni başa düşmürəm.

    Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Misir: İranla yeni müharibə daha dağıdıcı olacaq

Misir: İranla yeni müharibə daha dağıdıcı olacaq

31 Oktyabr 2026 - 14:42
Ukrayna Rusiyanın üç neft emalı zavodunun yerləşdiyi sənaye zonasını bombardman etdi

Ukrayna Rusiyanın üç neft emalı zavodunun yerləşdiyi sənaye zonasını bombardman etdi

31 Oktyabr 2026 - 13:55
İran yeni müharibənin mümkün nəticələri barədə xəbərdarlıq etdi

İran yeni müharibənin mümkün nəticələri barədə xəbərdarlıq etdi

31 Oktyabr 2026 - 13:32
Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

31 Oktyabr 2026 - 13:19
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

31 Oktyabr 2026 - 13:07
31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

31 Oktyabr 2026 - 12:42
Böyük Britaniya İrana xəbərdarlıq etdi

Böyük Britaniya İrana xəbərdarlıq etdi

31 Oktyabr 2026 - 12:21

FHN yanğın-taktiki təlim keçirib – VİDEO

31 Oktyabr 2026 - 12:10
Bakıda maşın velosipedçini vuraraq öldürüb

Bakıda maşın velosipedçini vuraraq öldürüb

31 Oktyabr 2026 - 11:51
Mürsəl İbrahimov Qəbələdə vətəndaş qəbulu keçirəcək

Mürsəl İbrahimov Qəbələdə vətəndaş qəbulu keçirəcək

31 Oktyabr 2026 - 11:30
Əksər yerlərdə yağış, Şahdağda qar yağıb – FAKTİKİ HAVA

Əksər yerlərdə yağış, Şahdağda qar yağıb – FAKTİKİ HAVA

31 Oktyabr 2026 - 11:13
Trampın arzuladığı Nobel mükafatını xanımı ala bilər

Trampın arzuladığı Nobel mükafatını xanımı ala bilər

31 Oktyabr 2026 - 10:53
Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

31 Oktyabr 2026 - 10:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.