London Qərb istehsalçılarından nüvə yanacağının alınması üçün Kiyevə 245 milyon dollar ayıracağına söz verib. Elchi.az xəbər verir ki, bu barədə Reuters agentliyi enerji təhlükəsizliyi və iqlim neytrallığı naziri Qrant Şappsa istinadən yazır.
Onun sözlərinə görə, yanacaq Britaniya şirkətlərindən də alınacaq. “Böyük Britaniya Ukraynaya nüvə yanacağının alınması üçün 245 milyon dollar dəyərində ixrac maliyyələşdirilməsi müqaviləsinə zəmanət verəcək”, – deyə nazir bildirib.
Şappsın sözlərinə görə, pul nüvə yanacağının alternativ mənbələr vasitəsilə Ukraynaya çatacağına zəmanətdir.
Qeyd edək ki, mart ayında Ukraynanın Energetika Nazirliyi ölkənin gələcəkdə Rusiya yanacağını, o cümlədən Avropa bazarını əvəz etməli olan atom elektrik stansiyaları üçün nüvə yanacağı istehsalının yaradılması planlarından danışıb.
Havar Şəfiyeva