Böyük Britaniya Microsoft-un Activision Blizzard-ı almasını təsdiqləyib

Britaniya Rəqabət və Bazarlar Təşkilatı (CMA) Microsoft-un bulud oyun hüquqları istisna olmaqla Activision Blizzard-ı almasını təsdiqləyib. Elchi.az xəbər verir ki, CMA-nın bəyanatına görə, qurum Microsoft-un bulud oyun hüquqları istisna olmaqla Activision-u almasının bazarda rəqabətqabiliyyətli qiymətlərə və xidmətə zərər verməyəcəyi qənaətinə gəlib. Ubisoft Activision Blizzard-ın bulud oyun hüquqlarını alacaq. Bu ilin aprel ayında CMA, Microsoft-un bulud oyun bazarının gələcəyini dəyişdirəcəyinə dair narahatlıqlar səbəbiylə təxminən 69 milyard dollara Activision-u almasını blokladığını açıqladı. Digər tərəfdən Microsoft, keçən ay Activision Blizzard-ı satın almaq üçün tənzimləyici orqana yeni bir razılaşma təqdim etdi. Strukturlaşdırılmış razılaşma çərçivəsində Microsoft-un qarşıdakı 15 il ərzində satışa çıxarılacaq bütün mövcud və yeni Activision oyunları üçün bulud axını hüquqlarını əldə etməyəcəyi və bu hüquqların Microsoft-un Activision-u əldə etməsindən əvvəl Ubisoft Entertainment SA-ya satılacağı ifadə edildi. Şayəstə Hüseynova