Böyük Britaniya iqtisadiyyatı iyul ayında 0,5 faiz azalıb

89

Birləşmiş Krallıqda iqtisadiyyat bu ilin iyul ayında 0,5% azalıb.
Elchi.az xəbər verir ki, Milli Statistika İdarəsinin (ONS) verdiyi açıqlamaya görə, tətillər və yağışlı hava şəraiti səbəbindən iyul ayında ölkənin ÜDM-i 0,5 faiz azalıb.
İqtisadçıların gözləntiləri iyul ayında ölkə iqtisadiyyatının 0,2 faiz daralacağı idi.
ONS-in məlumatına görə, iyulda xidmət sektoru 0,5 faiz, istehsal sektoru 0,7 faiz, tikinti sektoru isə 0,5 faiz azalıb.
Açıqlamada fikirləri yer alan ONS Statistika Direktoru Darren Morqan, “İyul ayında səhiyyə işçiləri və müəllimlərin tətilləri xidmət sektoruna təsir etdi. Bundan əlavə, iyul ayında yağan yağış səbəbiylə tikinti sektoru üçün zəif bir ay oldu” dedi.

Şayəstə Hüseynova