Böyük Britaniyanın baş naziri Rishi Sunakın ofisi sosial şəbəkələrdəki paylaşımında səhvən Böyük Britaniyanı Brexitdən bir neçə il sonra Avropa İttifaqının üzvü kimi göstərib. Elchi.az xəbər verir ki, bu barədə “Express” qəzeti yazır.
Nəşrin məlumatına görə, Sunakın ofisi Böyük Britaniyanın süni intellekt sahəsində qlobal liderliyinə nail olmaq üçün hökumətin fəaliyyətini təsvir edən yazılar dərc edib.
Jurnalistlər səhvi “Böyük Britaniyanın hələ də Aİ-nin bir hissəsi olduğunu dedikdən sonra “Downing Street” tvitini silməli və yenidən dərc etməli olub”- deyə qeyd olunur.
Qeyd edək ki, 2020-ci il fevralın 1-də Böyük Britaniya Aİ-nin üzvlüyünü rəsmən dayandırılıb.
Havar Şəfiyeva